Menyu

Ucarda yağışlar gediş-gəlişə maneələr yaradıb - FOTOLAR

Ucarda yağışlar gediş-gəlişə maneələr yaradıb - FOTOLAR
1 dəq oxu

Ucarda aramsız yağan yağışlar körpüyə təhlükə yaradıb.

"Operativ Media" xəbər verir ki, Göyçay çayının Ucarın Qazyan kəndindən keçən hissəsində suyun həcmi artaraq körpüyə çatıb, nəticədə gediş-gəlişə maneələr yaranıb.

Qazyan, Bərgüşad, Bağman, Şilyan kəndlərini birləşdirən və Göyçay çayı üzərində yerləşən körpü sel təhlükəsi ilə üzləşib. Çayda suyun səviyyəsi durmadan artdığından, körpüdə və bəndlərdə qabaqlayıcı bərkitmə işləri həyata keçirilib.

Görülən işlər nəticəsində bir neçə saatlıq körpü üzərində gediş-gəliş dayanıb.

Fotogalereya

Əlaqəli Xəbərlər