14 Sentyabr 2023, 10:52
Hərbi liseydə andiçmə mərasimi keçirilib
Hərbi liseydə andiçmə mərasimi keçirilib şəkil
Hərbi liseydə andiçmə mərasimi keçirilib

Tədris ilinin başlanması münasibətilə Milli Müdafiə Universitetinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyinə yeni qəbul olan kursantların andiçmə mərasimi keçirilib.

Müdafiə Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, mərasimdə Müdafiə Nazirliyinin nümayəndələri, liseyin şəxsi heyəti, müəllimlər, valideynlər, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblar.

Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Dövlət Himni səsləndirilib.

Andiçmə mərasimində çıxış edənlər gənc kursantları təbrik edərək onlara gələcək xidmətlərində uğurlar arzulayıb, Vətənə, dövlətə və Ali Baş Komandana, Şərəf andlarına sadiq olmalarını, nümunəvi, nizam-intizamlı xidmət etməyi, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirmələrini tövsiyə ediblər.

Sonra hərbi liseyin kursantları sıra meydanında Şərəf andı içiblər.

Hərbi orkestrin müşayiəti ilə kursantlar  lisey marşını ifa edib, şəxsi heyətin təntənəli marşla tribunanın önündən keçidi olub.

Sonda valideynlər hərbi təhsil müəssisəsində yaradılan təlim-tədris, məişət şəraiti və ərazi ilə tanış olublar.

Son xəbərlər
Fransanın keçmiş baş naziri saxlanılıb
Zelenski: Sülhün qorunması üçün 100 min sülhməramlıya ehtiyac var
Olaf Şolts: Tramp və Putinin birbaşa danışıqları doğru addımdır
Mark Rutte: Putinə ehtiyacımız var
ABŞ-nin aviadaşıyıcısı Aralıq dənizində gəmi ilə toqquşub
Pit Heqset: Tramp uğurlu danışıqlar aparır
İmişlidə qəza olub, xəsarət alan var
ABŞ və Yaponiya birgə təlimlər keçirəcək