Sentyabrın 9-da Yasamal rayonu ərazisində Bakı şəhər sakini İ.Cəfərovun idarə etdiyi “Toyota” markalı avtomobilində pulunun quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.
DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Yasamal RPİ 27-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Astara rayon sakini, əvvəllər məhkum olunmuş Rafiq Cəlilov müəyyən olunaraq saxlanılıb.
Bundan başqa, Nizami RPİ 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində “Saipa” markalı avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Salyan rayon sakini Vahid Tağıyev müəyyən olunaraq saxlanılıb.