http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 27 ° C

AZAL Tbilisi, İstanbul və Dubaya ucuz biletləri satışa çıxarır

14 Sentyabr 2023 , 14:31
AZAL Tbilisi, İstanbul və Dubaya ucuz biletləri satışa çıxarır

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) ən populyar istiqamətlər - Tbilisi, İstanbul və Dubaya xüsusi aksiyaya başlayır. Bu təklif sərnişinlərə uçuşun rahatlığı və keyfiyyətindən, eləcə də münasib qiymətlərdən istifadə etmək üçün unikal imkan yaradır.

"Operativ Media" xəbər verir ki, Tbilisiyə aviabiletin bir istiqamətə dəyəri cəmi 90 AZN-dən başlayaraq, gediş-gəliş isə 180 AZN-dən başlayaraq təşkil edir. Bu, Gürcüstanın gözəlliyindən, zəngin irsindən və gözəl memarlığından zövq almaq üçün əla fürsətdir.

Ən populyar turizm şəhərlərindən olan İstanbula səyahət bir tərəfə 174 AZN-dən başlayaraq, gediş-gəliş isə 347 AZN-dən başlayan qiymətə başa gələcək. Qeyd edək ki, İstanbula uçuşlar Sabiha Gökçen Beynəlxalq Hava Limanına həyata keçiriləcək ki, bu da sərnişinlərin səfərləri zamanı rahatlığını təmin edəcək.

Dubaya səyahət etmək arzusunda olanlar üçün isə AZAL bir tərəfə 237 AZN-dən başlayaraq, gediş-gəliş aviabiletini - 437 AZN-dən başlayaraq təklif edir. Bu kosmopolit şəhərə baş çəkin və onun dəbdəbəsindən zövq alın.

Xüsusi təklif 1 noyabr 2023-cü il - 29 fevral 2024-cü il tarixləri arasında aviabiletlər üçün keçərlidir.

Aviabiletləri “Azərbaycan Hava Yolları”nın www.azal.az saytından və ya aviaşirkətin rəsmi kassalarından əldə etmək mümkündür.

Qeyd edək ki, bu təklif məhdud saydadır, ona görə də aviabiletləri indidən bron etmək fürsətini qaçırmayın.

OXŞAR XƏBƏRLƏR
Türkiyə–Azərbaycan Universitetinin fəaliyyəti ilə bağlı bəzi məsələlər tənzimlənir

Türkiyə–Azərbaycan Universitetinin fəaliyyəti ilə bağlı bəzi məsələlər tənzimlənir

Şahin Seyidzadə “İçərişəhər” DTMQİ-nin sədri vəzifəsindən azad edilib

Şahin Seyidzadə “İçərişəhər” DTMQİ-nin sədri vəzifəsindən azad edilib

Nəsimi rayonunun icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM

Nəsimi rayonunun icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM

XƏBƏR LENTİ
  • 15:15

    "Mançester Siti"nin yarımmüdafiəçisi 6 aylıq sıradan çıxdı
  • 15:11

    Türkiyə–Azərbaycan Universitetinin fəaliyyəti ilə bağlı bəzi məsələlər tənzimlənir
  • 15:01

    Şahin Seyidzadə “İçərişəhər” DTMQİ-nin sədri vəzifəsindən azad edilib
  • 14:58

    Nəsimi rayonunun icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM
    Nəsimi rayonunun icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM
  • 14:57

    Heydər Əsədov Dövlət Dəniz Akademiyasının rektoru vəzifəsindən azad edilib
  • 14:56

    Prezident İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib
    Prezident İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib
  • 14:56

    Polad Bülbüloğlu Azərbaycanın Rusiyadakı səfiri vəzifəsindən geri çağırılıb
  • 14:54

    Əli Əhmədov Baş nazirin müavini vəzifəsindən azad edilib
    Əli Əhmədov Baş nazirin müavini vəzifəsindən azad edilib
Menyu