Menyu

Sabunçuda qadın boğularaq öldürülüb

Nərmin Qocamanlı
Sabunçuda qadın boğularaq öldürülüb
1 dəq oxu

Sentyabrın 14-də saat 14 radələrində Sabunçu rayonu Zabrat qəsəbəsində evlərin birində 1974-ci il təvəllüdlü Zülfüqarova Xalidə Şirəli qızının boğularaq öldürülməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən "Operativ Media"ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının həyat yoldaşı 1960-cı il təvəllüdlü Məmmədov Şahniyar Məhəmməd oğlu polis əməkdaşları tərəfindən saxlanılıb. 

İlkin məlumata görə cinayət hadisəsi qısqanclıq zəminində baş verib. 

Araşdırma aparılır.

Əlaqəli Xəbərlər