Menyu

Sabunçuda qadının əri tərəfindən öldürülməsi ilə bağlı cinayət işi başlanıb

Nərmin Qocamanlı
Sabunçuda qadının əri tərəfindən öldürülməsi ilə bağlı cinayət işi başlanıb

Sentyabrın 14-də 1974-cü il təvəllüdlü Validə Zülfüqarovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sabunçu rayon prokurorluğundan "Operativ Media"ya verilən məlumata görə, araşdırma zamanı 1960-cı il təvəllüdlü Şahniyar Məmmədovun Sabunçu rayonu, Zabrat qəsəbəsində birgə yaşadıqları evdə aralarında yaranmış mübahisə zamanı arvadı Validə Zülfüqarovanı öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, könüllü istintaqa təslim olan Şahniyar Məmmədov şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər