http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 27 ° C

AZAL deputatlara gələcək planlar barədə məlumat verib - FOTO

14 Sentyabr 2023 , 20:37
AZAL deputatlara gələcək planlar barədə məlumat verib - FOTO

2030-cu ilə qədər “Azərbaycan Hava Yolları” QSC (AZAL) köhnə təyyarələrin tədricən istismardan çıxarılmasını, yeni geniş və dar gövdəli 30 hava gəmisindən ibarət donanmamızın formalaşdırılmasını planlaşdırır.

"Operativ Media" xəbər verir ki, bunu QSC-nin prezidenti vəzifəsini müvəqqəti icra edən Samir Rzayev Milli Məclis deputatlarının iştirakı ilə keçirilən tədbirdə AZAL-ın 2022-2030-cu illəri əhatə edən transformasiya planını açıqlayarkən bildirib.

"Donanmamızın genişləndirilməsi bizə yeni marşrutları inkişaf etdirməyə imkan verəcək, həmçinin uçuş şəbəkəmizin planlaşdırılması və idarə edilməsində daha çox çeviklik təmin edəcək. Strategiyamızın digər mühüm istiqaməti 2 növ təyyarədən ibarət vahid aviaparkın yaradılmasıdır", - S. Rzayev aviasiya senayesinin üzləşdiyi çətinliklər, o cümlədən AZAL-ın bazarda mövqeyini möhkəmləndirmək və sərnişinlərin tələbatını ödəmək məqsədi ilə qarşıdakı illər üçün strategiyası və planlarından danışarkən deyib.

Qeyd edilib ki, belə aviapark ilk növbədə, kadr hazırlığı və texniki xidmət xərclərini azaltmağa kömək edəcək, həmçinin əməliyyat səmərəliliyini və xidmət keyfiyyətini artırmağa imkan verəcək.

Tərəflər həmçinin, marşrut şəbəkəsinin genişləndirilməsi, hava gəmiləri parkının modernləşdirilməsi və aviaşirkətin qiymət siyasəti ilə bağlı məsələləri müzakirə ediblər. Daha çox sərnişin cəlb edəcək və onları sərfəli sərnişindaşıma ilə təmin edəcək çevik və rəqabətədavamlı qiymət strategiyasının hazırlanmasının zəruriliyi vurğulanıb.

Görüş iştirakçıları həmçinin, “Azərbaycan Hava Yolları” və “Buta Airways”in vahid AZAL brendinə birləşdirilməsi və sərnişinlərin əldə edəcəyi üstünlüklər və imkanlar barədə danışıblar. Bunun aviaşirkətin bazarda daha səmərəli fəaliyyət göstərməsinə, müştərilərə vahid və tanınan brend təklif etməyə imkan verəcəyi bildirilib.

Tədbirdə çıxış edən Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov ölkə iqtisadiyyatının əsas sahələrindən biri kimi aviasiya sənayesinin inkişafının vacibliyini qeyd edərək bu prosesdə AZAL-ın rolunu vurğulayıb.

Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli bildirib ki, AZAL rəhbərliyi ilə ilk dəfədir ki, bu formatda görüş keçirilir. Birinci vitse-spiker bu cür görüşlərin bir sıra məsələlərin öz həllini tapmasına köməklik göstərəcəyinə inamını ifadə edib. O, sərnişinlərin rahat uçuş şəraitinin, yüksək səviyyədə xidmət və təhlükəsizliyin təmin edilməsinin zəruriliyini vurğulayıb. Bildirib ki, aviaşirkət sərnişinlərin tələbat və gözləntilərini qarşılamaq üçün xidmət keyfiyyətinin davamlı olaraq yaxşılaşdırılmasına və təkmilləşdirilməsinə çalışmalıdır.

Görüşdə iştirak edən Milli Məclisin komitə sədrləri, deputatlar çıxış edərək müzakirə olunan məsələlər barədə fikirlərini açıqlayıblar, onları maraqlandıran suallara cavab alıblar. R. Hümmətov görüşdə qaldırılan məsələlərə münasibət bildirib.
Tədbirdə deputatlarla görüşün aviasiya sənayesinə təsir edən qərarların qəbulunda mühüm rol oynayacağını vurğulayan S. Rzayev aviaşirkətin fəaliyyətinin davamlı inkişafı və təkmilləşdirilməsi, o cümlədən ümumi məqsədlərə nail olmaq üçün parlamentarilər və digər maraqlı tərəflərlə əməkdaşlığa hazır olduqlarını bildirib.

Sonra Milli Məclisin üzvləri Azərbaycanın hava məkanında uçuşların təhlükəsizliyini təmin edən “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin fəaliyyəti ilə tanış olublar.

OXŞAR XƏBƏRLƏR
AZAL Naxçıvana aviabiletlərin onlayn alışında “SİMA İmza”nı tətbiq edir

AZAL Naxçıvana aviabiletlərin onlayn alışında “SİMA İmza”nı tətbiq edir

Vətəndaşların əmək hüquqlarını pozan hüquqi şəxs məsuliyyətə cəlb edilib

Vətəndaşların əmək hüquqlarını pozan hüquqi şəxs məsuliyyətə cəlb edilib

Türkiyə–Azərbaycan Universitetinin fəaliyyəti ilə bağlı bəzi məsələlər tənzimlənir

Türkiyə–Azərbaycan Universitetinin fəaliyyəti ilə bağlı bəzi məsələlər tənzimlənir

XƏBƏR LENTİ
  • 15:23

    AZAL Naxçıvana aviabiletlərin onlayn alışında “SİMA İmza”nı tətbiq edir
  • 15:21

    Vətəndaşların əmək hüquqlarını pozan hüquqi şəxs məsuliyyətə cəlb edilib
  • 15:15

    "Mançester Siti"nin yarımmüdafiəçisi 6 aylıq sıradan çıxdı
  • 15:11

    Türkiyə–Azərbaycan Universitetinin fəaliyyəti ilə bağlı bəzi məsələlər tənzimlənir
  • 15:01

    Şahin Seyidzadə “İçərişəhər” DTMQİ-nin sədri vəzifəsindən azad edilib
  • 14:58

    Nəsimi rayonunun icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM
    Nəsimi rayonunun icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM
  • 14:57

    Heydər Əsədov Dövlət Dəniz Akademiyasının rektoru vəzifəsindən azad edilib
  • 14:56

    Prezident İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib
    Prezident İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib
Menyu