Menyu

DSX-nin Xüsusi Məktəbinə yeni qəbul olunmuş kursantların qarşılanması münasibəti ilə tədbir kеçirilib

Nərmin Qocamanlı
DSX-nin Xüsusi Məktəbinə yeni qəbul olunmuş kursantların qarşılanması münasibəti ilə tədbir kеçirilib

Sentyabrın 13-də Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə yeni qəbul olunmuş 5-ci sinif kursantların və valideynlərinin qarşılanması münasibəti ilə tədbir kеçirilib.

Tədbir zamanı kursantlara və valideynlərə Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılmış və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən xüsusi təyinatlı tədris müəssisəsi statusu verilmiş bu tədris ocağı haqqında ümumi məlumat verilmiş, zəngin ədəbiyyat fonduna malik kitabxana, ən yüksək səviyyədə qurulmuş və müasir avadanlıqlarla təchiz olunmuş sinif otaqları nümayiş etdirilib.

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin fəaliyyətə başlaması ilə Azərbaycan Respublikasının sərhəd təhlükəsizliyini təmin edəcək ixtisaslı zabit kadrların hazırlanması üçün 11 illik təhsil dövrünü əhatə edən mükəmməl hərbi tədris sisteminin formalaşması qeyd edilib.

DSX-nin Xüsusi Məktəbində kursantların maraq və potensial imkanları, fərdi xü­susiyyətləri nəzərə alınmaqla, onların zəruri biliklərə, milli-mənəvi dəyərlərə malik, sağlam, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmaları onları Dövlət Sərhəd Xidmətinin Akademiyası üçün hazırlanması tədbir iştirakçılarının nəzərinə çatdırılıb.

Kursantların idmanla məşğul olmaları üçün idman kompleksində müasir idman avadanlıqları və mövcud olan müasir səviyyədə su hovuzu tədbir iştirakçılarına nümayiş etdirilib.

Bütün kompleks üzrə videomüşahidə sisteminin mövcud olması sayəsində tədris prosesi və kursantların dərsdən sonrakı fəaliyyətlərinin nəzarətdə saxlanıldığı, kur­santların asudə vaxtlarının faydalı keçirmələri, intellektual və yaradıcı məşğuliyyətləri üçün geniş imkanların olduğu xüsusi olaraq qeyd edilib.

Bundan başqa, kursantların atıcılıq hazırlığı ilə məşğul olmaları, peyntbol və digər idman meydançalarının da onların ixtiyarında olduğu bildirilib.
https://dsx.gov.az/news/1597

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər