http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Atçılıq üzrə milli yığmamız DSX Aparatında təltif edilib

15 Sentyabr 2023 , 17:00
Atçılıq üzrə milli yığmamız DSX Aparatında təltif edilib

Almaniyanın Düsseldorf şəhərində at polosu üzrə 14-cü Avropa Çempionatında Azərbaycan Respublikasını layiqincə təmsil edən heyətin təltifləndirilməsi münasibətilə Dövlət Sərhəd Xidməti Aparatında təntənəli tədbir keçirilib.

Tədbirdə Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti, Gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva və Atçılıq Federasiyasının nümayəndələri iştirak edib.

Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ali qayğısı sayəsində ölkəmizdə idmanın bütün sahələrində olduğu kimi atçılıq idman növünün də inkişafının xüsusi diqqət mərkəzində saxlanıldığı, çövkən, konkur, polo komandalarının respublika üzrə və digər ölkələrdə keçirilmiş mötəbər tədbirlərdə, beynəlxalq yarışlarda ölkəmizi yüksək səviyyədə təmsil edərək uğurlar qazandıqları qeyd olunub.

Mərasimdə 6-10 sentyabr 2023-cü il tarixlərdə Almaniyanın Düsseldorf şəhərində at polosu üzrə 14-cü Avropa Çempionatında iştirak etmiş Azərbaycan yığması, Atçılıq Federasiyasının Prezidenti Elçin Quliyev tərəfindən çempionatın ikinci pilləsinə yüksəlmələri münasibətilə təbrik edilərək nümayiş etdirdikləri əzmkarlıq və fədakarlığa görə təltifləndirilib.

Gənclər və idman naziri Fərid Qayıbov beynəlxalq turnirdə ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları və onların məşqçilərini iki dəfə ardıcıl olaraq at polosu üzrə Avropa Çempionatında layiqli təmsil edərək uğur qazanmaları və ölkəmizi beynəlxalq arenalarda yüksək səviyyədə təmsil etdikləri üçün təbrik edib və yeni-yeni uğurlar arzulayıb.

Görüş zamanı Gənclər və idman nazirliyi və Azərbaycan Atçılıq Federasiyası tərəfindən Azərbaycanda atçılığın polo və digər idman növlərinin inkişaf perspektivləri ilə bağlı birgə görüləcək işlər barədə fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda təltifləndirilən heyətlə xatirə fotoşəkilləri çəkdirilib. 

OXŞAR XƏBƏRLƏR
Beynəlxalq axtarışda olan daha bir şəxs ölkəmizə ekstradisiya olunub

Beynəlxalq axtarışda olan daha bir şəxs ölkəmizə ekstradisiya olunub

Naxçıvanda 11 məktəbə direktor təyin olunub

Naxçıvanda 11 məktəbə direktor təyin olunub

Zaqatala sakini xeyli sayda patronu könüllü təhvil verib

Zaqatala sakini xeyli sayda patronu könüllü təhvil verib

XƏBƏR LENTİ
  • 19:22

    Qaydalara əməl etməyən ictimai iaşə müəssisəsinin fəaliyyəti dayandırılıb
  • 19:11

    Ukrayna müdafiə nazirinə yeni müavin təyin edilib
  • 18:58

    Qanunsuz ağac kəsənlər məsuliyyətə cəlb olunub
  • 18:07

    Beynəlxalq axtarışda olan daha bir şəxs ölkəmizə ekstradisiya olunub
  • 18:04

    Ərdoğan Yaponiyanın Baş naziri ilə görüşüb
  • 17:57

    Gürcüstan Müsəlmanları İdarəsinə yeni şeyx seçilib
  • 17:39

    Naxçıvanda 11 məktəbə direktor təyin olunub
  • 17:19

    İlham Əliyev BƏƏ Prezidentini təbrik edib
    İlham Əliyev BƏƏ Prezidentini təbrik edib
Menyu