http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının 4-cü iclası keçirilib

15 Sentyabr 2023 , 17:44
Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının 4-cü iclası keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq Azərbaycan Prokurorluğu beynəlxalq tərəfdaşlarla və nüfuzlu təşkilatlarla səmərəli əməkdaşlığını davam etdirir.

"Operativ Media" xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Bu çərçivədə sentyabrın 15-də Heydər Əliyev Mərkəzində 1992-ci ildən ölkəmizin üzv olmaqla səmərəli əməkdaşlıq, həmçinin 2023-cü ildən sədrlik etdiyi İqtisadi Əməkdaşlıq təşkilatına üzv dövlətlərin Baş prokurorlarının 4-cü iclası keçirilib.

Yüksək səviyyəli iclasda İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibinin müavini, Türkiyə, Özbəkistan, İran, Qazaxıstan, Qırğız, Tacikistan Baş prokurorları, Türkiyə  Respublikasının Ədliyyə nazirinin və Türkmənistan Respublikası Baş prokurorunun müavininin rəhbərlik etdikləri nümayəndə heyətləri, eləcə də Azərbaycanın İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi Əli Əlizadə iştirak ediblər.

Qonaqları səmimi qəlbdən salamlayan Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Təşkilatın 4-cü iclasının müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə təsadüf etməsini tarixi hadisə adlandıraraq ulu öndərin İqtisadi Əməkdaşlıq Təşkilatı ilə əlaqələrə daim önəm verdiyini, bugün ölkəmizlə təşkilat arasındakı qarşılıqlı əlaqələrin yüksək səviyyədə inkşaf etməsinin məhz dahi şəxsiyyətin uzaqgörən siyasəti nəticəsində olduğunu vurğulayıb.

Kamran Əliyev müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan dövlətinin ilk daxil olduğu qurumlardan birinin İqtisadi Əməkdaşlıq Təşkilatı olduğunu diqqətə çatdıraraq, bu təşkilata üzv olan ölkələrlə Azərbaycanı ortaq tarix, din, regional iqtisadi və siyasi maraqların birləşdirdiyini qeyd edib.

Çıxış edən İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibinin müavini Jandos Asanov ölkəmizin sədrliyi dövründə Təşkilata üzv dövlətlərin Baş prokurorlarının 4-cü iclasının keçirilməsi münasibəti ilə iştirakçıları təbrik edərək bildirib ki, Azərbaycan regional və beynəlxalq iqtisadi təşəbbüsləri hər zaman dəstəkləyən və bu işlərə böyük töhfələr verən bir dövlət olaraq üzv olan dövlətlərlə bir sıra prioritet sahələr, o cümlədən ticarət, investisiya, enerji, ətraf mühit və cinayətkarlığa qarşı mübarizə sahələri üzrə əməkdaşlıq edir. 

Baş prokuror Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hüquq islahatları, müxtəlif növ cinayətlərə qarşı mübarizədə ölkəmizin əldə etdiyi nailiyyətlər barədə iştirakçılara məlumat verib.

Bundan sonra nümayəndə heyətləri müxtəlif aktual mövzularda, o cümlədən narkotik qaçaqmalçılığı, kibercinayətkarlıq və digər cinayətlərə qarşı mübarizə, prokurorluğun fəaliyyətinin rəqəmsallaşdırılması sahəsində ölkələrinin əldə etdiyi müsbət nəticələr barədə çıxışlar edərək təcrübə mübadiləsi barədə müzakirələr ediblər.

Tədbirdə təşkilatı məsələlərə baxılaraq, iclasın yekunlarına dair protokol və bəyannamə qəbul edilib.

Sonda xatirə fotosu çəkdirilib.

OXŞAR XƏBƏRLƏR
“Eternity-2023” kompüter dəstəkli komanda-qərargah təlimi keçirilir

“Eternity-2023” kompüter dəstəkli komanda-qərargah təlimi keçirilir

Şirvanda son bir ayda narkotik dövriyyəsinə görə 32 nəfər saxlanılıb

Şirvanda son bir ayda narkotik dövriyyəsinə görə 32 nəfər saxlanılıb

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

XƏBƏR LENTİ
  • 11:32

    Yunanıstandan Türkiyəyə keçməyə çalışan terrorçular saxlanılıb
  • 11:30

    Prezident İlham Əliyev: Almaniya ilə dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına böyük əhəmiyyət veririk
    Prezident İlham Əliyev: Almaniya ilə dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına böyük əhəmiyyət veririk
  • 11:22

    İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu göndərib
    İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu göndərib
  • 11:10

    İlham Əliyev İraq Prezidentinə təbrik məktubu göndərib
    İlham Əliyev İraq Prezidentinə təbrik məktubu göndərib
  • 11:08

    “Eternity-2023” kompüter dəstəkli komanda-qərargah təlimi keçirilir
  • 11:05

    Şirvanda son bir ayda narkotik dövriyyəsinə görə 32 nəfər saxlanılıb
  • 11:05

    Azərbaycan lideri Almaniya Prezidentinə təbrik məktubu göndərib
    Azərbaycan lideri Almaniya Prezidentinə təbrik məktubu göndərib
  • 11:01

    FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Menyu