http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Bakının azad edilməsinin 105 illiyi ilə əlaqədar "dəyirmi masa" keçirilib - FOTO

15 Sentyabr 2023 , 19:34
Bakının azad edilməsinin 105 illiyi ilə əlaqədar "dəyirmi masa" keçirilib - FOTO

Sentyabrın 15-də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Bakı şəhərinin azad edilməsinin 105 illiyinə həsr olunmuş "dəyirmi masa" keçirilib.

Bu barədə "Operativ Media"ya Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edənlər Azərbaycan ilə Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətlərindən, bu əlaqələrin uğurla inkişaf etməsindən, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun və Azərbaycan korpusunun Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad etməsinin tarixi əhəmiyyətindən danışıblar.

Qeyd olunub ki, qardaş ölkə istər torpaqlarımızın işğalda olduğu dövrdə, istərsə də 2020-ci ilin sentyabrın 27-dən başlayan və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında şanlı qələbəmiz ilə nəticələnən Vətən müharibəsində Azərbaycana mənəvi və siyasi dəstək göstərib.

Tədbir Bakı şəhərinin azad edilməsinin 105 illiyinə həsr olunmuş videoçarxın nümayiş olunması ilə başa çatıb.

OXŞAR XƏBƏRLƏR
Ağdərədə erməni sakinlər kütləvi şəkildə evləri yandırır - MN

Ağdərədə erməni sakinlər kütləvi şəkildə evləri yandırır - MN

Ermənistanın dağ-mədən sənayesinin Azərbaycana vurduğu ekoloji ziyanla bağlı BMT-də məsələ qaldırıldı

Ermənistanın dağ-mədən sənayesinin Azərbaycana vurduğu ekoloji ziyanla bağlı BMT-də məsələ qaldırıldı

Almaniyadan daha bir şəxs ölkəyə ekstradisiya olundu

Almaniyadan daha bir şəxs ölkəyə ekstradisiya olundu

XƏBƏR LENTİ
  • 10:28

    Gürcüstanda 4,7 bal gücündə zəlzələ baş verib
  • 10:08

    Sabunçuda yük maşını ilə minik avtomobili toqquşub, 1 nəfər xəsarət alıb
  • 09:56

    Kəlbəcərdə qanunsuz fəaliyyət göstərən şirkətin ərazisində silah-sursat aşkar edilib - VİDEO
    Kəlbəcərdə qanunsuz fəaliyyət göstərən şirkətin ərazisində silah-sursat aşkar edilib - VİDEO
  • 09:53

    Qərbi Azərbaycan İcması “Human Rights Watch”a cavab verib
    Qərbi Azərbaycan İcması “Human Rights Watch”a cavab verib
  • 09:53

    Qərbi Azərbaycan İcması “Human Rights Watch”a cavab verib
  • 09:39

    Azərbaycan PL: "Sabah" "Kəpəz"i, "Səbail" "Araz"ı qəbul edəcək
  • 09:38

    Zuğulbada bir nəfər dənizdə batıb
  • 09:18

    Desantis: Ukraynanın NATO-ya üzvlüyü ABŞ-nin maraqlarına cavab vermir
Menyu