Menyu

Xaçmazda sel sularıının dağıtdığı körpü ilə bağlı müvəqqəti qərargah yaradılıb

Xaçmazda sel sularıının dağıtdığı körpü ilə bağlı müvəqqəti qərargah yaradılıb

Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Xaçmaz şəhərinin mərkəzindən keçən Qudyalçay körpüsünun aşdığı ərazidə qərargah yaradılıb.

"Operativ Media" xəbər verir ki, qərargahda Xaçmaz Rayon İcra Hakimiyyəti, FHN və Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları növbəli şəkildə xidmət aparırlar.

Hadisə nəticəsində çaya düşərək sel suları içərisində qalan "VAZ-2106" markalı avtomobil xilasedicilər tərəfindən xüsusi vasitələrdən istifadə olunmaqla çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Ümumilikdə üç avtomobilə zərər dəyib.

Sözügedən körpünün aşması nəticəsində 98 yaşayış məntəqəsində 97 min əhalinin Xaçmaz-Xudat və digər ərazilərlə əlaqəsi kəsilib.

Eyni zamanda hadisə nəticəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşıb. Bu səbəbdən hminik avtomobilləri və marşrut avtobusları alternativ olaraq Quba-Xaçmaz, Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolu və ya Xaçmaz rayonunun Kohnə-Xaçmaz kəndi daxilindən keçməklə hərəkətlərini davam etdirir.

Faktla bağlı araşdirma aparılır.//Report//

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər