http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Fövqəladə hallarla bağlı maarifləndirmə tədbirləri keçirilib

16 Sentyabr 2023 , 15:43
Fövqəladə hallarla bağlı maarifləndirmə tədbirləri keçirilib

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

"Operativ Media" Nazirliyə istinadən xəbər verir ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən 200 saylı tam orta məktəbdə və 158 saylı körpələr evi-uşaq bağçasında, Sumqayıt Regional Mərkəzi tərəfindən Müdafiə Nazirliyinin Hərbi Polis Bölməsində, Gəncə Regional Mərkəzi tərəfindən Ağstafa Rayon Mərkəzi Xəstəxanasında və Ağstafa Rayon Statistika İdarəsində, Şimal-qərb Regional Mərkəzi tərəfindən Şamaxı rayon Suvarma Sistemləri İdarəsində və Şamaxı rayon Qaz İstismarı İdarəsində, Aran Regional Mərkəzi tərəfindən Goranboy rayon Qarqucaq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində, Şimal Regional Mərkəzi tərəfindən Xaçmaz Rayon Mərkəzi Xəstəxanası PHŞ-də və Muğan Regional Mərkəzi tərəfindən Şirvan - Salyan Regional Təhsil İdarəsində maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

 

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların baş vermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

 

OXŞAR XƏBƏRLƏR
Yevlaxda iki avtomobil toqquşub, dörd nəfər xəsarət alıb

Yevlaxda iki avtomobil toqquşub, dörd nəfər xəsarət alıb

Şəmkirdə maşın piyadanı vuraraq öldürdü

Şəmkirdə maşın piyadanı vuraraq öldürdü

Qəbələdə yeniyetməni döyən polis xidmətdən xaric edilib - YENİLƏNİB

Qəbələdə yeniyetməni döyən polis xidmətdən xaric edilib - YENİLƏNİB

XƏBƏR LENTİ
  • Dünən
    23:55

    Rusiyada hərbi xidmət müddəti iki ilə qədər uzadıla bilər
  • Dünən
    23:36

    Filippin sahillərində güclü zəlzələ baş verib
  • Dünən
    23:33

    "Beşiktaş" klubunun yeni prezidenti bəlli oldu
  • Dünən
    23:23

    HƏMAS İsrail əsgərlərinin olduğu tuneli partladıb
  • Dünən
    23:12

    İsrail Qırmızı dənizə döyüş gəmiləri və sualtı qayıq göndərib
  • Dünən
    23:02

    Tanzaniyada daşqınlar 20 nəfərin həyatına son qoydu
  • Dünən
    22:51

    Qaxda qızılcaya ilk yoluxma qeydə alındı
  • Dünən
    22:44

    Estoniya-Rusiya sərhədi bağlana bilər
Menyu