Menyu

Xocavənddə mərmi və patronlar aşkar edilib - FOTO

Xocavənddə mərmi və patronlar aşkar edilib - FOTO
1 dəq oxu

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər zamanı Zoğalbulaq kəndi ərazisindən 60 ədəd müxtəlif növ mərmi və 26 ədəd patron aşkar edilib.

Bu barədə “Operativ Media”ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Qeyd olunub ki, müxtəlif növ mərmi və patronlar aidiyyəti üzrə təhvil verilib.

Əlaqəli Xəbərlər