Menyu

Müşahidə edilən faktiki hava açıqlanıb

Redaksiya
Müşahidə edilən faktiki hava açıqlanıb
1 dəq oxu

Sentyabrın 17-si saat 17:00-a olan məlumatına əsasən Quba, Qusar, İsmayıllı, Şəki, Xaltan, Ağdam, Şahdağ, Sabirabadda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 18-22 m/s-dək güclənib.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 22-24° isti, aran rayonlarında 26-29° isti, dağlıq rayonlarda 7-13° isti qeydə alınıb.

Əlaqəli Xəbərlər