Xudatda bələdiyyə sədrləri və sahibkar inzibati məsuliyyətə cəlb edilib
Nərmin Qocamanlı
Xaçmaz rayonu ərazisində sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin, Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin, eləcə də Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri birgə tədbirlər zamanı rayonun müxtəlif ərazilərində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.
İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələblərini pozduqlarına görə 4 bələdiyyə sədri, eləcə də 1 obyekt sahibi barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Teqlər:
"Xudatda b\u0259l\u0259diyy\u0259 s\u0259drl\u0259ri v\u0259 sahibkar inzibati m\u0259suliyy\u0259t\u0259 c\u0259lb edilib\u00a0"