Menyu

Şərurda tanışını öldürən şəxsin məhkəməsi başlayır

Nərmin Qocamanlı
Şərurda tanışını öldürən şəxsin məhkəməsi başlayır
1 dəq oxu

Xəbər verildiyi kimi, Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Püsyan kənd sakini 1992-ci il təvəllüdlü Xəlil  Şıxəliyevin  cari il mayın 31-də öldürülməsinə dair rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

Naxçıvan Muxtar Respublikası Prokurorluğundan "Operativ Media"ya verilən məlumata görə, ibtidai istintaqla 1985-ci il təvəllüdlü  Gündüz Nəcəfovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı kəsici-deşici alətlə xəsarətlər yetirməklə tanışı Xəlil Şıxəliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Gündüz Nəcəfov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilərək cinayət işi baxılması üçün Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Əlaqəli Xəbərlər