Menyu

Ağdam istiqamətində mövqelərimiz atəşə tutulub

Redaksiya
Ağdam istiqamətində mövqelərimiz atəşə tutulub
1 dəq oxu

Sentyabrın 18-i saat 23:50 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən "Operativ Media"ya bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Əlaqəli Xəbərlər