Menyu

Velosiped oğurluğunda şübhəli bilinənlər saxlanılıb

Nərmin Qocamanlı
Velosiped oğurluğunda şübhəli bilinənlər saxlanılıb

Yasamal RPİ 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisində 2 nəfərin velosipedini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Sadiq Vahabov saxlanılıb.  

"Operativ Media" xəbər verir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.

Səbail rayonu ərazisində bir nəfərin velosipedini oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Renat Şahbazov 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən, Gəncə şəhərində isə velosiped oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Röyal Əliyev 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Araşdırmalar aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər