http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

AQTA Gədəbəydə restoranda nöqsanlar aşkarlayıb

19 Sentyabr 2023 , 11:39
AQTA Gədəbəydə restoranda nöqsanlar aşkarlayıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fiziki şəxs Məmmədov Elnur Dilqəm oğluna məxsus, Gədəbəy rayonu, Slavyanka kəndində fəaliyyət göstərən “Yuxarı Narzan” restoranında yoxlama keçirib.

AQTA-dan "Operativ Media"ya verilən məlumata görə, baxış zamanı ictimai iaşə müəssisəsində sanitar norma və qaydaların, qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu aşkarlanıb.

Müəssisədə qida məhsullarının saxlanması zamanı temperatur rejiminin və mal qonşuluğu prinsipinin pozulduğu, mənşəyi məlum olmayan qida məhsullarının (ev şəraitində hazırlanmış turşular və kompotlar) və baytarlıq baxışından keçməyən ət və süd məhsullarının istifadə olunduğu, işçi heyətin tibbi müayinədən keçmədiyi və digər nöqsanlar məlum olub.

Faktlarla bağlı qanunvericiliyə uyğun olaraq müəssisə rəhbəri barəsində inzibati protokol tərtib olunub, müəssisənin fəaliyyəti nəzarətə götürülüb.

OXŞAR XƏBƏRLƏR
Xudatda narkotik satan dəstə üzvləri saxlanılıblar

Xudatda narkotik satan dəstə üzvləri saxlanılıblar

Kapital Bank-da İT mütəxəssisləri üçün iş imkanı 

Kapital Bank-da İT mütəxəssisləri üçün iş imkanı 

Oktyabrın 10-da Baş prokuror Gəncədə vətəndaşları qəbul edəcək

Oktyabrın 10-da Baş prokuror Gəncədə vətəndaşları qəbul edəcək

XƏBƏR LENTİ
  • 10:57

    Xudatda narkotik satan dəstə üzvləri saxlanılıblar
  • 10:54

    Kapital Bank-da İT mütəxəssisləri üçün iş imkanı 
  • 10:52

    Oktyabrın 10-da Baş prokuror Gəncədə vətəndaşları qəbul edəcək
  • 10:25

    Qarabağda antiterror tədbirləri zamanı şəhid olan daha 5 hərbçinin kimliyi müəyyənləşib
    Qarabağda antiterror tədbirləri zamanı şəhid olan daha 5 hərbçinin kimliyi müəyyənləşib
  • 10:19

    Azərbaycanlı hakim Avropa Liqası matçına təyinat aldı
  • 10:03

    ÇL: "Qalatasaray" "Mançester Yunayted" səfərində
  • 09:58

    Avropanın ən məşhur avtomobilləri hansılardır?
  • 09:49

    Xidmət müddəti başa çatan bir qrup hərbi qulluqçu tərxis olunub
Menyu