http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Baş Prokurorluq: "Cinayət törədən şəxslər məsuliyyətə cəlb olunacaq"

19 Sentyabr 2023 , 17:26
Baş Prokurorluq: "Cinayət törədən şəxslər məsuliyyətə cəlb olunacaq"

"Cinayət törədən şəxslərin şəxsiyyəti müəyyənləşdirilərək məsuliyyətə cəlb olunacaq".

"Operativ Media" xəbər verir ki, bunu Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov dörd qurumun birgə iştirakı ilə keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, cinayət işləri ilə bağlı hər üç qurumun peşəkar əməliyyat istintaq qrupları tərəfindən istintaq aparılır.

Qeyd edək ki, sentyabrın 19-u DİN-in əməkdaşlarının olduğu “Kamaz” markalı nəqliyyat vasitəsi həmin gün Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının öldürülməsi ilə nəticələnmiş terror hadisəsinin baş verdiyi yer istiqamətində hərəkət edərkən saat 04:30 radələrində Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partlamış, törədilmiş terror aktı nəticəsində DİN-in əməkdaşları olan 05.02.1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 08.07.1987-ci il təvəllüdlü Şirinov Ramil Arif oğlu, 12.07.1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 21.07.1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlu hadisə yerində həlak olublar.

Bundan başqa, sentyabrın 19-da saat 01:00 radələrində Füzuli rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi nəticəsində polis serjantları Ələsgər Əsgərov, Seyfi Abdullayev və Elşən Həsənov həyatını itirib.

Həmçinin mina partlayışı nəticəsində AAYDA-nın 2 əməkdaşı - 21.11.1970-ci il təvəllüdlü Sadıxov Samir Sabiroviç və 02.05.1965-ci il təvəllüdlü Quliyev Fərhad Hüseynağa oğlu həlak olublar.

OXŞAR XƏBƏRLƏR
“Kərimə" dövləti qurmaq istəyən 13 nəfərlik qrupun istintaqı başa çatıb

“Kərimə" dövləti qurmaq istəyən 13 nəfərlik qrupun istintaqı başa çatıb

Göyçay sakinindən qanunsuz saxladığı odlu silah götürülüb

Göyçay sakinindən qanunsuz saxladığı odlu silah götürülüb

"8-ci km Ticarət Mərkəzi" ləğv edilir

"8-ci km Ticarət Mərkəzi" ləğv edilir

XƏBƏR LENTİ
  • 00:29

    Ceyhun Bayramov: “Azərbaycan sülh danışıqların ən qısa zamanda bərpasına sadiqdir”
  • 00:27

    XİN rəhbəri: “Humanitar məsələlər”lə bağlı narahatlıqlar əsassızdır”
  • 00:12

    Avropa Liqası: "Qarabağ" "Molde"ni məğlub edir - YENİLƏNİR
  • Dünən
    23:54

    Ceyhun Bayramov: “Azərbaycan öz ərazilərində qanunsuz hərbi mövcudluğa yol verə bilməzdi”
  • Dünən
    23:19

    Ceyhun Bayramov: "ATƏT həllin bir parçası olmaq şansını itirib"
  • Dünən
    23:04

    Ərdoğan BMT sammitində iştirak etmək üçün BƏƏ-yə səfər edib 
  • Dünən
    22:52

    Xersonda gün ərzində üçüncü dəfə partlayış baş verib
  • Dünən
    22:39

    Ceyhun Bayramov ATƏT-in iclasında regionda münaqişədən sonrakı reallıqlar barədə məlumat verib
Menyu