http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

İranın tapşırığı ilə “Kərimə” dövləti qurmaq istəyən dəstə üzvlərinin məhkəməsi başlayır

19 Sentyabr 2023 , 19:01
İranın tapşırığı ilə “Kərimə” dövləti qurmaq istəyən dəstə üzvlərinin məhkəməsi başlayır

İranın tapşırığı ilə “Kərimə” dövləti qurmaq istəyən dəstə üzvlərinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Operativ Media" xəbər verir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən Xəqani Məmmədov, Sənan Məmmədov, İqbal Axundov, Arif Cümşüdov, Tərzan Qaraşov və Anar İsayevin cinayət işi üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Şəlalə Həsənovanın sədrliyi ilə araşdırılacaq.

Təqsirləndirilən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 278.2 (Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına, yaxud hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlərin dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədilməsi) maddəsi ilə ittiham olunurlar.

Qeyd edək ki, İranda yaşayan, həmin ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Rufulla Axundzadə və Bəxtiyar Bayramov Tərtər rayon sakini Arif Cümşüdovu şirnikləndirci vədlər müqabilində ələ alaraq ona ölkə ərazisində silahlı iğtişaşlar törətməklə hakimiyyətin ələ keçirilməsi və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsi yolu ilə şəriət qanunları ilə idarə olunan “Kərimə” dövlətinin qurulması məqsədilə “müqavimətçi dəstə” yaratması barədə tapşırıqlar veriblər.

Arif Cümşüdov verilmiş tapşırıqlar əsasında ətrafında olan dini radikalizmi təbliğ edən tanışları - Tərzan Qaraşov, Sənan Məmmədov, Xəqani Məmmədov və İqbal Axundovu bu işə cəlb edib. O, yaşadığı evdə mütəmadi olaraq təşkil etdiyi gizli yığıncaqlarda Rufulla Axundzadə və Bəxtiyar Bayramovun göstərişlərini həmin şəxslərə çatdırıb. Dəstə üzvləri əlavə şəxslərin də cəlb edilmələri istiqamətində fəaliyyətlər göstərərək bu barədə Rufulla Axundzadəyə məlumat veriblər.

Bundan başqa Rufulla Axundzadə Bakı şəhər sakini Anar İsayevi də əməkdaşlığa cəlb edərək ona da ölkə ərazisində iğtişaşların törədilməsi yolu ilə “Kərimə” dövlətinin qurulması üçün “müqavimətçi dəstə” təşkil etməyi tapşırıb. Rufulla Axundzadə yüksək maddi gəlir, silah və digər bütün lazımi dəstəyin veriləcəyini vəd edərək təşkilatlanmaları və birgə fəaliyyət göstərmələri məqsədilə Anar İsayevi Arif Cümşüdovla tanış edib.

Saxlanılan şəxslər özlərini cəmiyyətdə “dindar” kimi qələmə verərək sosial şəbəkələr üzərindən, eləcə də insanların toplaşdığı mərasimlərdə İran və dini radikalizm lehinə təbliğat apararaq Azərbaycanda formalaşmış tolerantlıq ənənələrinə xələl gətirmək üçün xaricdən aldıqları tapşırıqları yerinə yetiriblər.

Dəstə üzvləri eyni zamanda İrandan məqsədli şəkildə göndərilən narkotik vasitələrin satışını təşkil edərək əldə etdikləri külli miqdarda pul vəsaitini məhz Azərbaycanda dini radikalizmin təbliğinə və digər pozuculuq fəaliyyətlərinin maliyyələşməsinə sərf ediblər.//APA//

OXŞAR XƏBƏRLƏR
Naxçıvan polisinə yeni xidməti avtomobillər verilib

Naxçıvan polisinə yeni xidməti avtomobillər verilib

Cəlilabadda qaz təchizatında fasilə olacaq

Cəlilabadda qaz təchizatında fasilə olacaq

Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib

Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib

XƏBƏR LENTİ
  • 19:17

    Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak edib
    Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak edib
  • 19:10

    İcma: Ermənistan hökumətindən revanşist təhlükəli yoldan əl çəkməyi tələb edirik
    İcma: Ermənistan hökumətindən revanşist təhlükəli yoldan əl çəkməyi tələb edirik
  • 18:54

    “Eternity-2024” kompüter dəstəkli komanda-qərargah təlimi başlayıb
    “Eternity-2024” kompüter dəstəkli komanda-qərargah təlimi başlayıb
  • 18:39

    Livanın cənubunda İsrailin hücumları nəticəsində ölənlərin sayı açıqlanıb
  • 18:26

    Naxçıvan polisinə yeni xidməti avtomobillər verilib
  • 18:12

    Cəlilabadda qaz təchizatında fasilə olacaq
  • 18:07

    Moskvanın mərkəzində 19-cu əsrin sonlarına aid tikili yanıb
  • 17:57

    Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Menyu