Menyu

İmişlidə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb

Nərmin Qocamanlı
İmişlidə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş 2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər çərçivəsində rayon ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Muradxanlı kənd sakini, əvvəllər məhkum olunmuş Təbriz Nəcəfov saxlanılıb. 
Onun yaşadığı kənd ərazisinə keçirilən baxış zamanı çöllük sahədə sonuncu tərəfindən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən və yaş çəkisi 152 kiloqram olan 47 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Faktla bağlı İmişli RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər