Menyu

TÜRKPA erməni silahlı birləşmələrinin təxribatı ilə bağlı bəyanat yayıb

Əziz Əzizli
TÜRKPA erməni silahlı birləşmələrinin təxribatı ilə bağlı bəyanat yayıb

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Katibliyi Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz erməni silahlı birləşmələrinin son günlər törətdiyi təxribatları və terror aktlarını pisləyib.

"Operativ Media" xəbər verir ki, bu, Türkdilli Dövlətlərin Parlament Assambleyası Katibliyinin bəyanatında yer alıb.

Bəyanatda Azərbaycanın Qarabağ bölgəsində törədilmiş təxribatların və terror aktlarının mülki əhalinin və hərbçilərinin ölümünə səbəb olmasına təəssüf hissi ifadə olunur.

TÜRKPA Katibliyi Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə ən güclü dəstəyini bir daha təsdiq edərək, Azərbaycanın 19-20 sentyabr 2023-cü il tarixlərində həyata keçirdiyi yerli antiterror tədbirlərinin regionda sülh və təhlükəsizliyinin təmin olunacağına qəti əminliyini ifadə edib.

TÜRKPA Katibliyi təxribat nəticəsində insan tələfatı ilə əlaqədar şəhidlərin ailələrinə və qardaş Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib.

Teqlər:

"T\u00dcRKPA erm\u0259ni silahl\u0131 birl\u0259\u015fm\u0259l\u0259rinin t\u0259xribat\u0131 il\u0259 ba\u011fl\u0131 b\u0259yanat yay\u0131b"

Əlaqəli Xəbərlər