Menyu

Bakıda soyğunçuluq edən şəxs saxlanılıb

Nərmin Qocamanlı
Bakıda soyğunçuluq edən şəxs saxlanılıb
1 dəq oxu

Sentyabrın 20-də saat 06 radələrində Suraxanı rayonu Zığ qəsəbəsi ərazisində “Toyota” markalı avtomobildə olan 2 sərnişinin sürücünün 250 manat pulunu soyğunçuluq yolu ilə talamaları barədə polisə məlumat daxil olub. 

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsi və Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Göyçay rayon sakini Hakim Hüseynov və Bərdə rayon sakini olan qadın müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

Əlaqəli Xəbərlər