http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Şəmkirdə narkotik dövriyyəsi ilə məşğul olan şəxslər tutulub

25 Sentyabr 2023 , 10:14
Şəmkirdə narkotik  dövriyyəsi ilə məşğul olan şəxslər tutulub

Şəmkir Rayon Polis Şöbəsinin Zəyəm Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Samir Məmmədov saxlanılıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Üzərindən “marixuana” aşkarlanan şəxs dindirilmə zamanı narkotik maddəni Elpərəst adı ilə tanıdığı həmyerlisindən aldığını bildirib. Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Samir Məmmədova narkotik vasitəni 30 manata satmaqda şübhəli bilinən Şəmkir rayon sakini Elpərəst Mansurov da saxlanılıb.

Üzərindən “marixuana” aşkar edilən E. Mansurov ifadəsində həm özünə, həm də S. Məmmədova narkotik vasitəni Orxan adlı şəxsdən aldığını bildirib. Rayon sakini Orxan Alıyev saxlanılaraq Polis Bölməsinə gətirilən zaman üzərindən və avtomobilindən marixuana aşkarlanaraq götürülüb.

Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri digər bir tədbir nəticəsində isə saxlanılan rayon sakini Orxan Ələddinlinin üzərindən və yaşadığı evdən qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Faktlarla bağlı Polis Şöbəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva Əhmədlidə əsaslı təmirdən sonra istifadəyə verilən məsciddən paylaşım edib

Mehriban Əliyeva Əhmədlidə əsaslı təmirdən sonra istifadəyə verilən məsciddən paylaşım edib

Yasamal rayonunda avtomobil yanıb

Yasamal rayonunda avtomobil yanıb

“Gənclik” parkında ağacəkmə aksiyası keçirilib

“Gənclik” parkında ağacəkmə aksiyası keçirilib

XƏBƏR LENTİ
  • 23:13

    Ceyhun Bayramov lüksemburqlu həmkarı ilə Ermənistanla sülh prosesini müzakirə edib
    Ceyhun Bayramov lüksemburqlu həmkarı ilə Ermənistanla sülh prosesini müzakirə edib
  • 23:11

    Ceyhun Bayramov Keniyanın Baş naziri ilə görüşüb
    Ceyhun Bayramov Keniyanın Baş naziri ilə görüşüb
  • 23:05

    Ərdoğan Məsud Pezeşkianla görüşüb - YENİLƏNİB
  • 23:00

    Rusiya XİN: Moskva nüvə tərksilahı prosesinin sürətləndirilməsinə qarşıdır
  • 22:42

    Mehriban Əliyeva Əhmədlidə əsaslı təmirdən sonra istifadəyə verilən məsciddən paylaşım edib
    Mehriban Əliyeva Əhmədlidə əsaslı təmirdən sonra istifadəyə verilən məsciddən paylaşım edib
  • 22:35

    Yasamal rayonunda avtomobil yanıb
  • 22:20

    Livanın cənubunda İsrailin hücumları nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB
  • 21:58

    Avropa Şurasının rəhbəri İranla əlaqələrin ən aşağı səviyyədə olduğunu bildirib
Menyu