Menyu

Göyçayda narkotik vasitələrin və psixotrop maddələrin zərərləri ilə bağlı maarifləndirici tədbir keçirilib

Nərmin Qocamanlı
Göyçayda narkotik vasitələrin və psixotrop maddələrin zərərləri ilə bağlı maarifləndirici tədbir keçirilib
1 dəq oxu

Göyçay Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 6 saylı tam orta məktəbdə narkotik vasitələrin və psixotrop maddələrin zərərləri ilə bağlı maarifləndirici tədbir keçirilib.

DİN mətbuat xidmətinən "Operativ Media"ya verilən məlumata görə, tədbirdə çıxış edən rayon polis şöbəsinin rəisi, polis polkovniki Müqalib Abdıyev narkomaniyanın insanlara vurduğu zərərlərdən, cəmiyyətdə törətdiyi sosial bəlalardan danışıb, rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirləri barədə məlumat verib.

Daha sonra mövzu ilə əlaqəli məktəblilərin sualları cavablandırılıb və narkomaniyanın fəsadlarını əks etdirən videoçarx nümayiş olunub.

Fotogalereya

Əlaqəli Xəbərlər