Menyu

Sabirabadda 12 nəfər qidadan zəhərlənib

Nərmin Qocamanlı
Sabirabadda 12 nəfər qidadan zəhərlənib

Sentyabrın 25-də  Sabirabad rayonu Axtaçı Muğan kənd orta məktəbində 11 nəfər şagird və 1 nəfər müəllim olmaqla, cəmi 12 nəfər şəxsin qida zəhərlənməsi diaqnozu ilə  rayon mərkəzi xəstəxanasına müraciət etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sabirabad rayon prokurorluğundan "Operativ Media"ya verilən məlumata görə, ilkin araşdırma zamanı həmin şəxslərin məktəbdə şagirdlərdən birinin ad günü mərasimində qəbul etdikləri   qidalardan zəhərlənmələri müəyyən edilib.

Hazırda vəziyyəti qənaətbəxş olan 12 nəfər şəxs tibbi yardım göstərildikdən sonra xəstəxanadan evə buraxılıb.

Faktla bağlı Sabirabad rayon prokurorluğunda araşdırma aparılır.

Teqlər:

"Sabirabadda 12 n\u0259f\u0259r qidadan z\u0259h\u0259rl\u0259nib"

Əlaqəli Xəbərlər