Menyu

Bakıda Çin şirkətlərinin məhsullarından ibarət sərgi təşkil ediləcək

Nərmin Qocamanlı
Bakıda Çin şirkətlərinin məhsullarından ibarət sərgi təşkil ediləcək

Sentyabrın 28-30-da Bakı Ekspo Mərkəzində müxtəlif sahələri təmsil edən 100-dən çox Çin şirkətinin iştirakı ilə “Çin şirkətləri və məhsulları sərgisi” təşkil olunacaq.

"Operativ Media" xəbər verir ki, Çin şirkətləri Azərbaycanda topdan alıcılar, tərəfdaşlar və distribütorlar axtarır. Yeni biznes qurmaq, məhsul çeşidlərini genişləndirmək və yeni məhsullar satmaq üçün bu imkandan hər kəs faydalana bilər. Tədbir çərçivəsində Çin şirkətlərinin nümayəndələri ilə birbaşa görüşlər keçirilməsi planlaşdırılır.

Tədbirin təşkilatçıları “Shanghai Kanchen Exhibition Co.LTD” və “International Club of Manufacturers, Exporters and Importers LLC” şirkətləridir.

Qeyd olunub ki, sərgidə iştirak etmək üçün qeydiyyat mütləqdir. Üç gün davam edəcək sərgiyə giriş saat 10:00-da başlayacaq.

Sərgiyə gəliş-gediş üçün metronun “Koroğlu” stansiyasından 3 avtobus təşkil olunacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər