Menyu

İşçilərin əmək hüquqlarını pozan hüquqi şəxs məsuliyyətə cəlb edilib

Nərmin Qocamanlı
İşçilərin əmək hüquqlarını pozan hüquqi şəxs məsuliyyətə cəlb edilib

“Şirvan-Xidmət” ASC tərəfindən işçilərin əmək hüquqlarının pozulmasına dair vətəndaş müraciəti əsasında Şirvan şəhər prokurorluğunda araşdırma aparılıb.

Şirvan şəhər prokurorluğundan "Operativ Media"ya verilən məlumata görə. araşdırmalarla qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyinin tələbləri pozularaq işçilərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunub.

Faktla bağlı “Şirvan-Xidmət” ASC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmə) maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Şirvan şəhər Məhkəməsinin qərarı ilə ASC 20 min manat məbləğində cərimə edilib.

Teqlər:

"\u0130\u015f\u00e7il\u0259rin \u0259m\u0259k h\u00fcquqlar\u0131n\u0131 pozan h\u00fcquqi \u015f\u0259xs m\u0259suliyy\u0259t\u0259 c\u0259lb edilib"

Əlaqəli Xəbərlər