http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

KOBİA Qax və Şəmkirdə sahibkarlarla görüş keçirib

28 Sentyabr 2023 , 15:01
KOBİA Qax və Şəmkirdə sahibkarlarla görüş keçirib

Qaxda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə sənaye sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarına dair görüş keçirilib. Tədbirdə İqtisadiyyat Nazirliyinin regional bölməsinin, KOBİA-nın, Sahibkarlığın İnkişafı Fondunun, Qax Rayon İcra Hakimiyyətinin və bankların nümayəndələri, 40-a yaxın sahibkar iştirak edib.

KOBİA-dan "Operativ Media"ya  bildirilib ki, tədbirdə dövlətin güzəştli kreditləri və onun yönəldildiyi prioritet istiqamətlər, eləcə də agentliyin biznes planın hazırlanması və güzəştli kreditlər barədə sahibkarların məlumatlandırılması işinə dəstəyi barədə məlumat verilib, sənaye sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanları müzakirə edilib. Görüş çərçivəsində sahibkarları maraqlandıran suallar cavablandırılıb, təklifləri dinlənilib.

Şəmkir rayonunda isə KOBİA-nın iştirakı, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı ilə bitki mühafizə vasitələrindən və aqrokimyəvi maddələrdən düzgün istifadə qaydaları ilə bağlı maarifləndirici görüş keçirilib. Tədbirdə bitkiçilik məhsullarının istehsalı ilə məşğul olan sahibkarlar və aqronomlar iştirak ediblər.

İştirakçılara kimyəvi mübarizə zamanı təhlükəsizlik qaydalarına əməl olunması, yüksək toksiki-ekoloji təhlükəli preparatlardan istifadə qaydaları, istifadə müddəti bitmiş, istifadəyə yararsız bitki mühafizə vasitələri və gübrələrə dair tələblər və onların məhvedilməsi qaydaları, eləcə də ilkin istehsal sahələrində “Bitki sağlamlığının izlənilməsi” və “Bitki mühafizə vasitələrinin, pestisidlərin və gübrələrin anbar sahəsinə mədaxil və məxaricinin uçotu”nun aparılması qaydaları izah edilib. Həmçinin tədbir çərçivəsində sahibkarların sualları cavablandırılıb, pestisidlərin tətbiqi zamanı ətraf mühitin çirklənməsinin və zəhərlənmə hallarının qarşısının alınması üçün zəruri məlumatlar çatdırılıb, çap materialları paylanıb.

OXŞAR XƏBƏRLƏR
Şəmkirdə 28 yaşlı qadını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Şəmkirdə 28 yaşlı qadını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Hava şəraiti ilə əlaqədar bəzi zolaqlar üzrə sürət həddi endirilib

Hava şəraiti ilə əlaqədar bəzi zolaqlar üzrə sürət həddi endirilib

Mehriban Əliyeva Əhmədlidə əsaslı təmirdən sonra istifadəyə verilən məsciddən paylaşım edib

Mehriban Əliyeva Əhmədlidə əsaslı təmirdən sonra istifadəyə verilən məsciddən paylaşım edib

XƏBƏR LENTİ
  • 01:11

    Türkiyənin hərbi rəhbərliyi Bakıya səfər edib
    Türkiyənin hərbi rəhbərliyi Bakıya səfər edib
  • Dünən
    23:39

    Şəmkirdə 28 yaşlı qadını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
  • Dünən
    23:26

    Hava şəraiti ilə əlaqədar bəzi zolaqlar üzrə sürət həddi endirilib
  • Dünən
    23:13

    Ceyhun Bayramov lüksemburqlu həmkarı ilə Ermənistanla sülh prosesini müzakirə edib
    Ceyhun Bayramov lüksemburqlu həmkarı ilə Ermənistanla sülh prosesini müzakirə edib
  • Dünən
    23:11

    Ceyhun Bayramov Keniyanın Baş naziri ilə görüşüb
    Ceyhun Bayramov Keniyanın Baş naziri ilə görüşüb
  • Dünən
    23:05

    Ərdoğan Məsud Pezeşkianla görüşüb - YENİLƏNİB
  • Dünən
    23:00

    Rusiya XİN: Moskva nüvə tərksilahı prosesinin sürətləndirilməsinə qarşıdır
  • Dünən
    22:42

    Mehriban Əliyeva Əhmədlidə əsaslı təmirdən sonra istifadəyə verilən məsciddən paylaşım edib
    Mehriban Əliyeva Əhmədlidə əsaslı təmirdən sonra istifadəyə verilən məsciddən paylaşım edib
Menyu