Menyu

Vətəndaşları "ucuz qiymətə mobil telefon" adı altında kiber üsullarla talayan şəxs saxlanılıb

Nərmin Qocamanlı
Vətəndaşları "ucuz qiymətə mobil telefon" adı altında kiber üsullarla talayan şəxs saxlanılıb

“Tik-Tok” və “İnstagram” sosial şəbəkəsində vətəndaşların pul vəsaitlərinin kiber üsullarla talanması barədə daxil olan müraciətlər üzrə polis əməkdaşları tərəfindən növəti əməliyyat keçirilib. Tədbir zamanı “n.n_telekom” adlı səhifə yaradaraq “ucuz qiymətə mobil telefonlar" başlığı adı altında sosial şəbəkələrdə yerləşdirilən şirnikləndirici elanlarla vətəndaşları aldadan 2000-ci il təvəllüdlü Telman Heydərov Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. 
DİN-dən "Operativ Media"ya verilən məlumata görə, saxlanılan şəxs vətəndaşların müxtəlif məbləğlərdə pul vəsaitlərini onlayn köçürmə formasında ələ keçirib. Sonradan T.Heydərov izi itirmək məqsədi ilə "ucuz qiymətə mobil telefon" almaq üçün ona pul köçürən şəxslərin hesablarını bloklayıb. Həmin şəxs sonradan vəsaitləri şəxsi hesablarına köçürərək nağdlaşdırıb.
Hazırda T.Heydərov barəsində araşdırmalar davam etdirilir. Onun əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa polisə müraciət edə bilərlər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər