Saatlıda qohumunu öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlıyır
Nərmin Qocamanlı
İyunun 4-də 1978-ci il təvəllüdlü Elşad İsmayılovun öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Saatlı rayon prokurorluğundan "Operativ Media"ya verilən məlumata görə, istintaqla 2005-ci il təvəllüdlü Kənan Nərimanzadənin qeyd edilən tarixdə Saatlı şəhərində yerləşən yaşadığı evdə qohumu Elşad İsmayılovu aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Kənan Nərimanzadəyə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net