Menyu

"Fake Off" layihəsinin 20 iştirakçısına Miçiqan Universitetinin sertifikatı verilib

Redaksiya
"Fake Off" layihəsinin 20 iştirakçısına Miçiqan Universitetinin sertifikatı verilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə İnnovativ təşəbbüslərə Dəstək İctimai Birliyi tərəfindən sosial media ekspertləri, blogerlər, aktivistlər və ictimai fəalların iştirakı ilə “Sosial Mediada “Fake Off”: media bacarıqlarının inkişaf etdirilməsi” adlı layihənin yekun görüşü keçirilib.

Tədbiri giriş sözü ilə açan İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyinin həmtəsisçisi Abbas Pənahov layihə haqqında iştirakçılara sosial media resurslarında feyk xəbərlərlə mübarizədə təhlükəsizlik məsələlərinə diqqəti yönəldərək növbəti təlim haqqında qısa məlumat verib.

Sonra təlimçi qismində çıxış edən Mediamark şirkətinin rəhbəri Orxan Rzayev rəqəmsal marketinq və saxta xəbərlər haqqında geniş təlim keçib.

Sonda EDX.com təhsil portalı ilə əməkdaşlıq çərçivəsində keçirilən layihədə 20 fəal iştirakçı ABŞ-ın Miçiqan Universitetinin onlayn kursunu uğurla başa vurmaqla sertifikatlara yiyələnib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər