Menyu

İsmayıllıda qətl törədən şəxs saxlanılıb

Əziz Əzizli
İsmayıllıda qətl törədən şəxs saxlanılıb
1 dəq oxu

Sentyabrın 30-u saat 18 radələrində İsmayıllı şəhər sakini 1958-ci il təvəllüdlü Ağamalıyev Füzuli Səmid oğlunun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi, göstərilən tibbi yardımlara baxmayaraq ölməsi barədə polisə məlumat daxil olub. 

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə F.Ağamalıyevə kəsici alətlə xəsarət yetirib onu öldürməkdə şübhəli bilinən 1979-cu il təvəllüdlü Mirzəzadə Elçin Əfqan oğlu saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Əlaqəli Xəbərlər