Menyu

Zaqatala sakininin əlində qumbara partlayıb

Redaksiya
Zaqatala sakininin əlində qumbara partlayıb

Zaqatalada bədbəxt hadisə baş verib.

DİN-in mətbuat xidmətinin regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, sentyabrın 30-u saat 22:30 radələrində Zaqatala rayonunun Yengiyan kəndi ərazisində partlayıcı maddənin partlaması nəticəsində iki nəfər kənd sakini-1991-ci il təvəllüdlü Məqsəd Rzayev və 1994-cü il təvəllüdlü Həmid Gülməmmədovun xəsarət alması barədə polisə məlumat daxil olub. Həmin şəxslər xəstəxanaya yerləşdirilib və göstərilən tibbi yardımlara baxmayaraq H. Gülməmmədov həlak olub.Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.

Qeyd edək ki, həlak olan şəxs Vətən müharibəsi iştirakçısıdır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər