http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

DİN: Ölkəyə 24 kiloqram narkotik vasitə gətirən daha 7 nəfər tutulub

02 Oktyabr 2023 , 14:05
DİN: Ölkəyə 24 kiloqram narkotik vasitə gətirən daha 7 nəfər tutulub

Narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir. Növbəti tədbirlər zamanı İrandan ölkəyə narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gətirən daha 7 nəfər - 1993-cü il təvəllüdlü Həsən Hacızadə, 1991-ci il təvəllüdlü Emil Əliyev, 1987-ci il təvəllüdlü Rüfət Mehdiyev, 1999-cu il təvəllüdlü  Nəriman Səfərov, 1982-ci il təvəllüdlü Hamayıl Abdullayeva,1986-cı il təvəllüdlü Vüqar Həsənov və 1989-cu il təvəllüdlü Yusif Məmmədov Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıblar.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, onlardan 24 kiloqram, o cümlədən güclü təsirə malik 9 kiloqram heroin, 3 kiloqram “patı”, “şüşə” kimi adlandırılan metamfetamin, 12 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, 800 ədəd "metadon" həbi və elektron tərəzilər aşkar edilib.
Araşdırmlarla saxlanılanların şəxsiyyətləri istintaqla araşdırılan "Səid" və “Abbas” adlı İran vətəndaşları ilə qabaqcadan əlbir olaraq narkotikləri satmaq məqsədilə əldə etdikləri müəyyən edilib.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb. Bu şəxslərin daxil olduqları dəstənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, 2023-cü ilin əvvəlindən Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı ümumilikdə 60 kiloqramdan artıq müxtəlif növ güclü təsiredici xassəyə malik narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
 

OXŞAR XƏBƏRLƏR
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Şəmkirdə 28 yaşlı qadını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Şəmkirdə 28 yaşlı qadını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Hava şəraiti ilə əlaqədar bəzi zolaqlar üzrə sürət həddi endirilib

Hava şəraiti ilə əlaqədar bəzi zolaqlar üzrə sürət həddi endirilib

XƏBƏR LENTİ
  • 09:15

    AMB-nin bu günə olan valyuta məzənnələri
  • 09:12

    Azərbaycan nefti cüzi ucuzlaşıb
  • 09:11

    Azərbaycanla Çin arasında dəmiryolunda əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
  • 09:09

    "Barselona"nın qapıçısı əməliyyat olundu
  • 09:08

    Bakıda bu yollarda sıxlıq var - SİYAHI
  • 01:11

    Türkiyənin hərbi rəhbərliyi Bakıya səfər edib
    Türkiyənin hərbi rəhbərliyi Bakıya səfər edib
  • Dünən
    23:39

    Şəmkirdə 28 yaşlı qadını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
  • Dünən
    23:26

    Hava şəraiti ilə əlaqədar bəzi zolaqlar üzrə sürət həddi endirilib
Menyu