http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

FHN metronun “Xətai” stansiyasında təlim keçirib

02 Oktyabr 2023 , 14:47
FHN  metronun “Xətai” stansiyasında təlim keçirib

Fövqəladə Hallar Nazirliyi və “Bakı Metropoliteni” QSC-nin birgə təşkilatçılığı ilə metronun “Xətai” stansiyasında təlim keçirilib.

"Operativ Media" xəbər verir ki, təlimin mövzusu “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı birgə fəaliyyətin təşkili” olub.

Təlimə rəhbərlik FHN-in Baş əməliyyat idarəsi tərəfindən həyata keçirilib.

Əvvəlcə FHN-in “112” qaynar telefon xəttinə metronun “Xətai” stansiyasının platformaaltı kabel kollektorunda şərti qısaqapanma baş verməsi barədə məlumat daxil olub və dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti xidmətləri və Bakı Regional Mərkəzinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Şərti hadisə ilə bağlı metropoliten əməkdaşları tərəfindən ilk olaraq stansiyanın bağlanması, tuneldə işçi işıqların yandırılması, təmas relslərindən gərginliyin kəsilməsi üçün qısaqapayıcıların pozulması, keçid qapılarının açılması işləri həyata keçirilib.

FHN-in mobil yanğın-xilasetmə qrupları tərəfindən fərdi mühafizə vasitələrindən istifadə edilməklə operativ olaraq kəşfiyyat və əməliyyat şəraitinin qiymətləndirilməsi işləri aparılıb, qısa müddətdə şərti yanğın söndürülüb, xilasetmə vasitələri tətbiq edilməklə “zərərçəkmişlər” təxliyə olunaraq onlara “ilkin yardım göstərilib”.

Uğurla keçən təlimdən sonra nəticələr müzakirə olunub, FHN və Metropolitenin əməkdaşları arasında obyektdə baş verə biləcək fövqəladə hallarda xilasetmə işlərinin aparılması, zərərçəkmişlərə ilkin yardımın göstərilməsi və təxliyə zamanı təhlükəsizlik qaydaları ilə bağlı fikir mübadiləsi aparılıb.

Təlimə FHN-in ümumilikdə 5 ədəd texnikası və 41 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.

OXŞAR XƏBƏRLƏR
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Şəmkirdə 28 yaşlı qadını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Şəmkirdə 28 yaşlı qadını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Hava şəraiti ilə əlaqədar bəzi zolaqlar üzrə sürət həddi endirilib

Hava şəraiti ilə əlaqədar bəzi zolaqlar üzrə sürət həddi endirilib

XƏBƏR LENTİ
  • 09:15

    AMB-nin bu günə olan valyuta məzənnələri
  • 09:12

    Azərbaycan nefti cüzi ucuzlaşıb
  • 09:11

    Azərbaycanla Çin arasında dəmiryolunda əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
  • 09:09

    "Barselona"nın qapıçısı əməliyyat olundu
  • 09:08

    Bakıda bu yollarda sıxlıq var - SİYAHI
  • 01:11

    Türkiyənin hərbi rəhbərliyi Bakıya səfər edib
    Türkiyənin hərbi rəhbərliyi Bakıya səfər edib
  • Dünən
    23:39

    Şəmkirdə 28 yaşlı qadını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
  • Dünən
    23:26

    Hava şəraiti ilə əlaqədar bəzi zolaqlar üzrə sürət həddi endirilib
Menyu