http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

Milli Məclisdə Rəqabət Məcəlləsi birinci oxunuşda qəbul edilib - YENİLƏNİB

02 Oktyabr 2023 , 15:55
Milli Məclisdə Rəqabət Məcəlləsi birinci oxunuşda qəbul edilib - YENİLƏNİB

Milli Məclisdə müzakirəyə çıxarılan “Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib.

"Operativ Media" xəbər verir ki, qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirə edilib və birinci oxunuşda səsverməyə qoyularaq qəbul olunub.

***

15:29

Milli Məclisdə Rəqabət Məcəlləsi haqqında qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

"Operativ Media" xəbər verir ki, sənəd layihəsi parlamentin oktyabrın 2-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

Rəqabət Məcəlləsi 12 fəsil, 84 maddədən ibarətdir və 9 əsas istiqamət üzrə tənzimləməni özündə ehtiva edir. Sənəddə ölkəmizdə rəqabət siyasətinin prinsipləri, Məcəllənin tətbiq dairəsi, rəqabətin əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə bağlı müddəalar əks olunub. Layihədə rəqabət sahəsində bazar subyektlərinin vəzifələri və hüquqları, rəqabət orqanının vəzifəli şəxsinin öz vəzifələrini həyata keçirərkən müvafiq qanunvericiliyin maraqların toqquşması ilə bağlı prinsiplərinə riayət etməsi, habelə rəqabəti məhdudlaşdıran sazişlər, bazarda hökmran mövqe, hökmran mövqedən sui-istifadə halları ilə bağlı məsələlər ehtiva olunur.

Məcəllədə haqsız rəqabətin formaları, rəqib təsərrüfat subyektini nüfuzdan salan, rəqibin sahibkarlıq fəaliyyətini təqlid edən, müştəriləri çaşdırmağa, yaxud aldatmağa yönəldilmiş hərəkətlərlə bağlı maddələr yer alıb. Bununla yanası, təsərrüfat subyektlərinin təmərküzləşməsi, razılıq alınması tələb olunan təmərküzləşmələr, təmərküzləşmələrin qiymətləndirilməsi, təmərküzləşmə haqqında ərizənin təqdim edilməsi və araşdırılmasına dair məsələlər nəzərdə tutulub. Sənəddə, həmçinin dövlət orqanları, yerli özünüidarəetmə orqanları, habelə tənzimləyici qurumlar tərəfindən rəqabət qanunvericiliyinə əməl edilməsi, subsidiyaların və tənzimləmə fəaliyyətlərinin rəqabətə təsirlərinin qiymətləndirilməsi, dövlət və yerli özünüidarəetmə orqanlarından, habelə tənzimləyici qurumlardan məlumatların əldə edilməsi barədə məsələlər müvafiq maddələrdə müəyyən olunur.

Məcəllə layihəsində təbii inhisar sahələri, təbii inhisar subyektlərinin fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsi, bu subyektlərin fəaliyyətinə rəqabət orqanı tərəfindən dövlət nəzarəti məsələləri, təbii inhisar subyektlərinin fəaliyyətinə dair tələblər təsbit olunur. Habelə, rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarəti tədbirləri, dövlət nəzarətinin həyata keçirilməsinin xüsusiyyətləri, bazarın monitorinqi, yoxlamaların aparılması, sənəd və məlumatların rəqabət orqanına təqdim edilməsi və digər məsələlər öz əksini tapıb.

OXŞAR XƏBƏRLƏR
Şamaxıda cibgirlik edən şəxslər saxlanılıblar

Şamaxıda cibgirlik edən şəxslər saxlanılıblar

Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

XƏBƏR LENTİ
  • 09:20

    Şamaxıda cibgirlik edən şəxslər saxlanılıblar
  • 09:17

    Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb
  • 09:15

    AMB-nin bu günə olan valyuta məzənnələri
  • 09:12

    Azərbaycan nefti cüzi ucuzlaşıb
  • 09:11

    Azərbaycanla Çin arasında dəmiryolunda əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
  • 09:09

    "Barselona"nın qapıçısı əməliyyat olundu
  • 09:08

    Bakıda bu yollarda sıxlıq var - SİYAHI
  • 01:11

    Türkiyənin hərbi rəhbərliyi Bakıya səfər edib
    Türkiyənin hərbi rəhbərliyi Bakıya səfər edib
Menyu