Xırdalanda kişinin arvadını öldürüb intihar etməsi ilə bağlı araşdırma aparılır
Nərmin Qocamanlı
Oktyabrın 2-də saat 13 radələrində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən mənzillərdən birində 2 şəxsin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
"Operativ Media" xəbər verir ki, bu barədə Abşeron rayon prokurorluğundan bildirilib.
Araşdırma zamanı 1962-ci il təvəllüdlü Xəlifə Sərkərovun birgə yaşadıqları mənzildə arvadı 1967-ci il təvəllüdlü Gülnarə Sərkərovaya ov tüfəngi ilə atəş açaraq onu qəsdən öldürməsi, daha sonra isə eyni silahla özünə atəş açaraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net