http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Göyçayda narkokuryer saxlanılıb,ondan müxtəlif növ narkotik vasitələr götürülüb

03 Oktyabr 2023 , 09:07
Göyçayda narkokuryer saxlanılıb,ondan müxtəlif növ narkotik vasitələr götürülüb

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində qaçaqmalçılıq yolu ilə ölkəyə göndərilən narkotik vasitələri respublikanın müxtəlif bölgələrinə çatdırılmasını təşkil edən Əlirahim Hümbətov saxlanılıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 1 kiloqram tiryək, 251 qram heroin və 106 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs xarici ölkədə yaşayan və qaçaqmalçılıq yolu ilə Azərbaycana narkotik vasitələr göndərən şəxslə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq onun təklifi əsasında narkokuryerliyə cəlb olunub. Sonuncu dəfə Göyçay rayonu ərazisində əvvəlcədən ona deyilən yerdən narkotik vasitələri götürüb, başqa ünvana aparmaq istəyərkən yaxalanıb.
Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən digər əməliyyat tədbiri zamanı isə narkotiklərin dövriyyəsində şübhəli bilinən Göyçay şəhər sakini Samir Qurbanov saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı qurudulmuş marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Bakıda "Kalaşnikov” satmaq istəyən şəxs tutulub

Bakıda "Kalaşnikov” satmaq istəyən şəxs tutulub

Naxçıvanda “Yaşıllaşdırma və Landşaft Quruluşu” MMC təsis edilib

Naxçıvanda “Yaşıllaşdırma və Landşaft Quruluşu” MMC təsis edilib

Beynəlxalq axtarışda olan daha bir şəxs ölkəmizə ekstradisiya olunub

Beynəlxalq axtarışda olan daha bir şəxs ölkəmizə ekstradisiya olunub

XƏBƏR LENTİ
  • 10:08

    Türkiyə-Ermənistan Əlican sərhəd-buraxılış məntəqəsi istismara hazırdır
  • 10:05

    Bakıda "Kalaşnikov” satmaq istəyən şəxs tutulub
  • 09:50

    AQTA ölkəyə qanunsuz yollarla gətirilən kökəldici dərmanla bağlı xəbərdarlıq edib
  • 09:23

    Gəncədə yol qəzası zamanı piyada xəsarət alıb
  • 09:12

    Goranboyda qadın yanıq xəsarətləri alıb
  • 09:03

    Abşeronda ətraf mühiti çirkləndirən mebel sexinin sahibi cərimələnib
  • Dünən
    23:21

    Atəşkəsdən sonra Qəzzada 200-ə yaxın adamın öldüyü bildirilir
  • Dünən
    23:13

    Azərbaycan yığması liderliyi təmin etdi
Menyu