Menyu

Oktyabrın 10-da Baş prokuror Gəncədə vətəndaşları qəbul edəcək

Nərmin Qocamanlı
Oktyabrın 10-da Baş prokuror Gəncədə vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il oktyabrın 10-da, saat 10:00-da Gəncə şəhər prokurorluğunun inzibati binasında Gəncə şəhər sakinlərinin qəbulunu keçirəcək.

"Operativ Media" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı şəhər prokurorluğu tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin *(012) 361-14-07* nömrəli telefonu, *[email protected]* elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri *(instagram, facebook və X)* vasitəsilə də qəbula yazıla bilərlər.

Teqlər:

"Oktyabr\u0131n 10-da Ba\u015f prokuror G\u0259nc\u0259d\u0259 v\u0259t\u0259nda\u015flar\u0131 q\u0259bul ed\u0259c\u0259k"

Əlaqəli Xəbərlər