http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Kapital Bank-da İT mütəxəssisləri üçün iş imkanı 

03 Oktyabr 2023 , 10:54
Kapital Bank-da İT mütəxəssisləri üçün iş imkanı 

Ölkənin birinci bankı Kapital Bank 5000-dən çox əməkdaşı ilə həm də banklar arasında ölkənin ən böyük işəgötürən şirkətlərindən biridir. “Agile” iş tərzi, davamlı və sürətliinkişaf, pozitiv korporativ mədəniyyət, çoxsaylı perspektivli layihələr təklif edən və peşəkar komandada çalışmaq imkanı yaradan bank unikal karyera imkanlarına sahib olmaq istəyən İT mütəxəssislər üçün yeni vakansiyalar elan edib.

Əsas rəqabət üstünlüyü və işçi dəyər təklifi öyrənmə, eləcədə inkişaf üzərinə qurulan bank namizədlərə peşəkar mühit, yeni biliklər və qabaqcıl təcrübə vəd edir. Uğurlu rəqəmsal və data transformasiyası yolunda olan bank innovativ yenilikləri tez qavrama və onlarla çalışma bacarığı ilə yanaşı əməkdaşlarına böyük beynəlxalq təcrübə qazandırır.

Nüfuzlu “Great Place To Work” (“Mükəmməl iş yeri”)mükafatını Azərbaycanda alan ilk bank da məhz Kapital Bank-dır. Əsas məqsədi əməkdaşlarının inkişafı üçün mükəmməl karyera imkanları yaratmaq olan Kapital Bank komandasına qoşulmaq istəyənlər https://hr.kapitalbank.az  saytına daxil olaraq şəxsi kabinet yaradıb özləri barədə ətraflı məlumatları qeyd etməlidirlər. Şəxsi kabinet hazır olduqdan sonra, namizədlər müxtəlif vakansiyalar üzrə Kapital Bank-a müraciət ünvanlaya bilərlər. Bankda olan bütün mövcud vakansiyalar barədə portalda ətraflı məlumatlar qeyd olunub.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

OXŞAR XƏBƏRLƏR
Naxçıvanda “Yaşıllaşdırma və Landşaft Quruluşu” MMC təsis edilib

Naxçıvanda “Yaşıllaşdırma və Landşaft Quruluşu” MMC təsis edilib

Beynəlxalq axtarışda olan daha bir şəxs ölkəmizə ekstradisiya olunub

Beynəlxalq axtarışda olan daha bir şəxs ölkəmizə ekstradisiya olunub

Naxçıvanda 11 məktəbə direktor təyin olunub

Naxçıvanda 11 məktəbə direktor təyin olunub

XƏBƏR LENTİ
  • Dünən
    23:21

    Atəşkəsdən sonra Qəzzada 200-ə yaxın adamın öldüyü bildirilir
  • Dünən
    23:13

    Azərbaycan yığması liderliyi təmin etdi
  • Dünən
    23:01

    Putinin fərmanı ilə Rusiya SQ hərbçilərinin sayı təxminən 170 min nəfər artacaq
  • Dünən
    22:53

    Türkiyə ordusu Şimali İraqda PKK-ya məxsus 16 hədəfi məhv edib
  • Dünən
    22:42

    Almaniyada terror hazırlığında şübhəli bilinən şəxs həbs edilib
  • Dünən
    22:27

    Vəkillər Kollegiyasında Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib
  • Dünən
    22:14

    İsrail ordusu Hizbullahın infrastrukturuna hücumlar təşkil edib
  • Dünən
    22:00

    Naxçıvanda “Yaşıllaşdırma və Landşaft Quruluşu” MMC təsis edilib
Menyu