http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

03 Oktyabr 2023 , 11:01
FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

"Operativ Media" xəbər verir ki, müraciətdə deyilir:

"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, oktyabrın 5-i axşamadək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı, arabir güclü külək əsəcəyi proqnozlaşdırılır.

Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Belə ki, yağıntılarla əlaqədar bəzi çaylarda mümkün sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

Güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Bundan əlavə, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.

Həmçinin, ildırımın yaratdığı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!"

FHN təhlükə zamanı 112-yə zəng etməyi tövsiyə edib!

OXŞAR XƏBƏRLƏR
Bakıda "Kalaşnikov” satmaq istəyən şəxs tutulub

Bakıda "Kalaşnikov” satmaq istəyən şəxs tutulub

Naxçıvanda “Yaşıllaşdırma və Landşaft Quruluşu” MMC təsis edilib

Naxçıvanda “Yaşıllaşdırma və Landşaft Quruluşu” MMC təsis edilib

Beynəlxalq axtarışda olan daha bir şəxs ölkəmizə ekstradisiya olunub

Beynəlxalq axtarışda olan daha bir şəxs ölkəmizə ekstradisiya olunub

XƏBƏR LENTİ
  • 10:19

    ÜST Avropada ən sürətlə artan İİV epidemiyasını elan edib
  • 10:08

    Türkiyə-Ermənistan Əlican sərhəd-buraxılış məntəqəsi istismara hazırdır
  • 10:05

    Bakıda "Kalaşnikov” satmaq istəyən şəxs tutulub
  • 09:50

    AQTA ölkəyə qanunsuz yollarla gətirilən kökəldici dərmanla bağlı xəbərdarlıq edib
  • 09:23

    Gəncədə yol qəzası zamanı piyada xəsarət alıb
  • 09:12

    Goranboyda qadın yanıq xəsarətləri alıb
  • 09:03

    Abşeronda ətraf mühiti çirkləndirən mebel sexinin sahibi cərimələnib
  • Dünən
    23:21

    Atəşkəsdən sonra Qəzzada 200-ə yaxın adamın öldüyü bildirilir
Menyu