Menyu

Yüksək riskli zonaların müəyyən edilmə əsasları təsdiqlənib

Nərmin Qocamanlı
Yüksək riskli zonaların müəyyən edilmə əsasları təsdiqlənib

Yüksək riskli zonaların müəyyən edilmə əsasları təsdiqlənib.

"Operativ Media" xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı müvafiq qərar verib.

Yüksək riskli zonalar aşağıdakılara əsasən müəyyənləşdirilir:

- Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının, Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun qərarları;

- Maliyyə Tədbirləri üzrə İşçi Qrupu (FATF), Avropa Şurasının Pulların Leqallaşdırılmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi (MONEYVAL), FATF tipli regional qurumlar (FSRB), digər ixtisaslaşmış beynəlxalq və ya regional təşkilatların dərc edilmiş qarşılıqlı qiymətləndirmə və ya təfsilatlı hesabatları, habelə tərəqqi hesabatları;

- FATF tərəfindən edilmiş ictimai bəyanatlar.

Qeyd olunanlar “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanuna uyğun olaraq yüksək riskli zonaların siyahısının müəyyən edilməsi üçün əsasdır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər