http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Kosmik sahənin Azərbaycan iqtisadiyyatına təsiri - AÇIQLAMA

03 Oktyabr 2023 , 16:32
Kosmik sahənin Azərbaycan iqtisadiyyatına təsiri - AÇIQLAMA

Ölkəmizdə kosmik iqtisadiyyat sahəsi yönündə əsaslı addımlar atılmaqdadır. Bu sənayeyə dünya ölkələri arasında da xüsusi diqqət var. Azərbaycan da kosmik sənayə iqtisadiyyatının ölkə iqtisadiyyatına qatqılarını və təsirlərini əhəmiyyətli hesab edərək bu istiqamətin inkişafına qayğı göstərir.

İqtisadçı ekspert Əli Əhmədov "Operativ Media"ya açıqlamasında qeyd edib ki, əvvəllər müxtəlif məqsədlərlə istifadə olunan peyklər artıq biznes məqsədləri üçün istifadə olunur.

İqtisadçı jurnalist Əli Əhmədov:”İcbari tibbi sığorta əsl kasıbın malıdır”

Onun sözlərinə görə, Qarabağın azad olunmasında Azərbaycanın məhz öz peykinə malik olması əhəmiyyətli rol oynayıb:

"Bir neçə onillikdir ki, dünyada kosmik iqtisadiyyat dövrü başlayıb. İnternetin yaranması və geniş inkişaf etməsi ilə kosmik peyklər artıq həm də internet və digər televiziya siqnallarının mühüm ötürücüsünə çevrilib, yəni məhdud ölkələrdə olduğuna görə, bu artıq kifayət qədər gəlirli bir biznes sahəsi olub. Azərbaycanda kosmik iqtisadiyyat yeni başlayıb. Bizim indiyə qədər buraxılmış peyklərimiz vasitəsilə həm ölkənin interneti təmir olunub, həm də müxtəlif ölkə əhəmiyyətli müdafiə işləri həyata keçirilib. Onların vasitəsilə müxtəlif müşahidələr aparılıb ki, Qarabağın azad olunmasında da öz peykimizə malik olmağımızın çox vacib töhfələri olub".

Ekspert bildirib ki, Azərbaycanda qəbul olunan "Kosmik fəaliyyət haqqında" qanun olduqca vacibdir:

"Bu qanun Azərbaycanda kosmik fəaliyyəti tənzimləyir, onun sahibkarlıq məqsədilə istifadəsini, kosmik operatorla potensial müştərilərin, investorların arasındakı münasibətləri tənzimləyir. Bu qanunun qəbulu göstərir ki, bu sosial sifarişdir və onun yaranmasına ehtiyac var idi. Bir neçə ildir ki, Azərbaycanın peykdən olan sabit gəlirləri var. Bu gəlirlər internetin paylanması, məqsəd internetin və televiziya siqnallarının ötürülməsi sayəsində əldə edir, müxtəlif ölkələrin sifarişini həyata keçirir".

Ə.Əhmədov Azərbaycanın iqtisadi imkanlarının peyklərini təkcə öz üzərində deyil, dünyanın istənilən nöqtəsində orbitə çıxarmağa imkan verdiyini vurğulayıb:

"Hazırda bu cür strateji və siyasi bir sahəyə heç də bütün ölkələrin çıxışı asan olmur. Azərbaycanın öz siyasi mövqesinə görə, kosmosa çıxarılan peyklərindən biznes məqsədilə istifadə etmək üçün yaxşı imkanları var. İnternet xidmətləri, müşahidə xidmətləri ayrıca pullu bir xidmətdir. Bu kadastr sahəsində, daşınmaz əmlak, kənd təsərrüfatı, ekologiya sahəsində olduqca böyük əhəmiyyətə malikdir. Müşahidə dedikdə təkcə fotoların çəkilməsindən söhbət getmir, bura həm də davamlı müşahidələr aiddir ki, bu, iqlim dəyişiklikləri, onun təsirləri və baş verən bütün yenilikləri müşahidə etməyə və onu proqnozlaşdırmağa imkan verir. Azərbaycan peykləri təkcə Asiya, Avropa bölgəsində deyil, dünyanın digər bölgələrində də bu sadaladığımız xidmətləri orbitə çıxararaq həyata keçirməyə qadirdir. Eləcə də televiziya siqnallarının ötürülməsi xidmətləri pulludur və bunun üçün kənd təsərrüfatı kimi böyük ərazilər, sənaye müəssisəsi kimi ayrıca bir müəssisə açmaq tələb olunmur. Burada texnoloji inkişaf öz sözünü deyir. İstənilən gəlirli və siyasi əlaqələri yaxşı olan ölkə bunu həyata keçirə bilər".


Sevinc İbrahimzadə

OXŞAR XƏBƏRLƏR
Ötən ay 191 176 nəfərə pensiya və müavinət ödənilib

Ötən ay 191 176 nəfərə pensiya və müavinət ödənilib

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

Məhkəmə "Sumqayıt-4" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini cəzalandırıb

Məhkəmə "Sumqayıt-4" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini cəzalandırıb

XƏBƏR LENTİ
  • 11:14

    Mirzoyan: Ermənistan Azərbaycanla ən qısa zamanda sülh sazişi imzalamağa hazırdır
  • 11:02

    "Sabah" 250-ə çatdı
  • 10:52

    Ötən ay 191 176 nəfərə pensiya və müavinət ödənilib
  • 10:51

    Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
  • 10:35

    "Tottenhem" - "Qarabağ" matçının 9 illikləri
  • 10:34

    Azərbaycan Hava Yolları Tel-Əvivə uçuşları dayandırıb - YENİLƏNİB - RƏSMİ
    Azərbaycan Hava Yolları Tel-Əvivə uçuşları dayandırıb - YENİLƏNİB - RƏSMİ
  • 10:31

    Məhkəmə "Sumqayıt-4" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini cəzalandırıb
  • 10:16

    Bakıda polisin “saxla” əmrinə tabe olmayıb qaçan şübhəlilər saxlanılıb
Menyu