Menyu

Bərdədə çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Nərmin Qocamanlı
Bərdədə çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bərdədə fəaliyyət göstərən “Tural” çörək istehsalı müəssisəsində yoxlama keçirib.

"Operativ Media" xəbər verir ki, daxil olan vətəndaş müraciəti əsasında Bərdə rayonu, Bərdə-Tərtər yolunda yerləşən, fiziki şəxs Cabbarov Cəmil Cabbar oğluna məxsus “Tural” çörək istehsalı müəssisəsində Agentlik əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib. Baxış zamanı qida məhsulları üzrə gigiyena tələblərinə dair qaydalara əməl edilmədiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin normativlərə cavab vermədiyi aşkarlanıb, həmçinin müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi müəyyən olunub.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

Teqlər:

"B\u0259rd\u0259d\u0259 \u00e7\u00f6r\u0259k istehsal\u0131 m\u00fc\u0259ssis\u0259sind\u0259 n\u00f6qsanlar a\u015fkarlan\u0131b"

Əlaqəli Xəbərlər