http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

Banklar avto kredit niyə vermir?

04 Oktyabr 2023 , 15:41
Banklar avto kredit niyə vermir?

Son bir neçə ildir ki, Azərbaycanda banklar yalnız istehsal ili 3 ilə qədər olan avtomobillər üçün kredit xətti ayırır. 3 ildən köhnə avtomobil almaq istəyən vətəndaşlar isə məcbur olaraq lizinq və daxili kreditlərə üz tutur ki, bu da xeyli baha başa gəlir.

“Operativ Media” ya açıqlama verən iqtisadçı Xalid Kərimli deyir ki, banklar riskin çox olmasını nəzərə alaraq bu qərarı veriblər.

“Bankın kredit verməsində əsas məqsəd pul qazanmaqdır. Necəki, mebel satan mebel satır pul qazanır , bank da elə öz pulun satmağa çalışır. Burda əsas məsələ banklarda pul varmı? Bəli var. Son iki ildir ki, banklar əllərində olan pulu yerləşdirmək problemi ilə rastlaşıblar. Bankların əlində pul çox olduğundan satmağa çalışırlar. Ona görə 3 ildən çox müddətə getmirlərki, maşın ildən-ilə köhnəlir. Dəyəri də düşür. Problem likvidlik aşağı düşməsidir. Avtomobil almaq üçün girov kimi ev qoysanız daha yaxşı şərtlərlə pul götürmək mümkündür. Amma avtomobilin özünü girov qoymaq banka sərf etmir”.

Ekspertin sözlərinə görə, banklar istehsal ili 3 ilə qədər avtomobillərə kredit xətti ayırmaqla özlərini sığortalayırlar.

“İl şərtini qoyurlar ki, müəyyən müddətdən sonra əlavə xərclər olmasın. Narahatdırlar ki, pulu geri ala bilməsə, qazancı aşağı olacaq. Elə buna görə də risk çox olduğundan lizinq daha geniş yayılıb. Lizinqdə isə risk çox olsa belə, gəlirlilik də çox olur. Daha köhnə maşınların riski çoxdur, likvidliyi aşağıdır. Ona görə də həmin institutlar fikirləşir ki, ödəyə bilməsə nə olacaq? Ona görə riskə uyğun gəliri əvvəlcədən çox müəyyən edirlər”.

Avtomobil bazarı üzrə ekspert Sərxan Qədirov isə deyir ki, bankların istehsal ili 3 ildən çox olan avtomobillərə kredit xətti ayırmaması bazarda qiymətləri bahalaşdıran amillərdəndir.

“Banklar avtomobil krediti üçün 12 faizdən başlayan şərtlərlə təklif irəli sürürlər. Lizinqdə isə belə deyil. Təklif olunan 17 faiz olsa da, avtomobilin qeydiyyat xərci, kasko sığorta, komissiya və digər xərclər kifayət qədər fərq edir. 19 min manatlıq maşın üçün vətəndaş 8 min manat ilkin ödəniş etsə, 3 il ərzində avtomobil bütün xərci ilə 26 min manatdan da baha başa gələcək. Bazarda da kifayət qədər lizinq yolu ilə alqı-satqı olur. Nəticədə isə maşını baha alan, sonradan satanda da baha satır”

OXŞAR XƏBƏRLƏR
Müdafiə Nazirliyinin rəhbərliyi “ADEX” Beynəlxalq Müdafiə Sərgisinin açılış mərasimində iştirak edib

Müdafiə Nazirliyinin rəhbərliyi “ADEX” Beynəlxalq Müdafiə Sərgisinin açılış mərasimində iştirak edib

Beynəlxalq axtarışda olan altı şəxs Azərbaycana ekstradisiya edilib

Beynəlxalq axtarışda olan altı şəxs Azərbaycana ekstradisiya edilib

Azərbaycan Hava Yolları Tel-Əvivə uçuşları dayandırıb - YENİLƏNİB - RƏSMİ

Azərbaycan Hava Yolları Tel-Əvivə uçuşları dayandırıb - YENİLƏNİB - RƏSMİ

XƏBƏR LENTİ
  • 13:09

    Bütün sosial ödənişlər sabah yekunlaşacaq
  • 13:06

    Rusiya Xarici işlər nazirinin müavini Boqdanov Bakıya gəlib
  • 13:01

    Yağış yağacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
  • 12:55

    Müdafiə Nazirliyinin rəhbərliyi “ADEX” Beynəlxalq Müdafiə Sərgisinin açılış mərasimində iştirak edib
  • 12:51

    Güclü küləklə bağlı sarı xəbərdarlıq edilib
  • 12:40

    Məhkəmə valyuta tənzimi qaydalarını pozan şirkəti cərimələyib
  • 12:30

    "Qarabağ"ın oyunu fransızlara tapşırıldı
  • 12:15

    Çinin nəqliyyat naziri COP29-a dəvət olunub
Menyu