Cəlilabadda intihar faktı üzrə başlanmış cinayət işinin istintaqı yekunlaşıb
Nərmin Qocamanlı
İyunun 16-da Cəlilabad rayonu, Göytəpə şəhər sakini Mənsurə Babayevanın yaşadığı evin həyətində yerləşən tövlədə özünü asaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Cəlilabad rayon prokurorluğundan bildirilib.
İstintaqla Daxıl Şabıyevin Mənsurə Babayevanı uzun müddət davam edən amansız rəftarı və ləyaqətini mütəmadi olaraq alçaltması nəticəsində özünü öldürmə həddinə çatdırmasına əsaslı şübhələr müəyyən edilib.
Daxıl Şabıyevə Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma) və 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddələrilə ittiham elan edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net