http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

Sabah Naxçıvanda Karyera Forumu keçiriləcək

04 Oktyabr 2023 , 21:28
Sabah Naxçıvanda Karyera Forumu keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə oktyabrın 5-də Naxçıvan şəhərində “Qədim diyarda yeni fürsətlər” devizi altında Karyera Forumu keçiriləcək.

"Operativ Media" xəbər verir ki, Naxçıvanda ilk dəfə olaraq keçiriləcək Karyera Forumunda 4 yerli ( ADA Universitetinin Karyera xidmətləri üzrə meneceri Təranə Aslanova Dövlət Məşğulluq Agentliyi Mərkəzi Karyera Filialının müdiri Toğrul Ələkbər, Landau məktəbinin İnsan Resursları bölməsinin direktoru Tural İslamov və Avrora Qrup İnsan Resursları direktoru Seymur Əhmədov) və 2 xarici spikerin (Kadir Has Universiteti Karyera Ofisinin direktoru Umur Çalıkoğlu və "Türk Telecom" İşçi təcrübəsi və işəgötürənin brendləşməsi üzrə baş meneceri Esra Buldu) iştirakı ilə "Bilməmək eyib deyil, peşəkardan soruşmamaq eyibdir", "Bacarıq əmək bazarının cövhəridir" və "Dövr elə bu dövrdür" adlı 3 panel müzakirə keçiriləcək. Sonda panelin icmalı, panelin qiymətləndirilməsi və bağlanış mərasimi keçiriləcək.

Tədbirdə dövlət və özəl sektor nümayəndələri, karyera məsləhətçiləri, təlimçilər, insan resursları üzrə mütəxəssislər, inkişaf mentorları və sahibkarların iştirakı nəzərdə tutulub.

OXŞAR XƏBƏRLƏR
Bütün sosial ödənişlər sabah yekunlaşacaq

Bütün sosial ödənişlər sabah yekunlaşacaq

Yağış yağacaq, şimşək çaxacaq - SABAHIN HAVASI

Yağış yağacaq, şimşək çaxacaq - SABAHIN HAVASI

Güclü küləklə bağlı sarı xəbərdarlıq edilib

Güclü küləklə bağlı sarı xəbərdarlıq edilib

XƏBƏR LENTİ
  • 13:09

    Bütün sosial ödənişlər sabah yekunlaşacaq
  • 13:06

    Rusiya Xarici işlər nazirinin müavini Boqdanov Bakıya gəlib
  • 13:01

    Yağış yağacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
  • 12:55

    Müdafiə Nazirliyinin rəhbərliyi “ADEX” Beynəlxalq Müdafiə Sərgisinin açılış mərasimində iştirak edib
  • 12:51

    Güclü küləklə bağlı sarı xəbərdarlıq edilib
  • 12:40

    Məhkəmə valyuta tənzimi qaydalarını pozan şirkəti cərimələyib
  • 12:30

    "Qarabağ"ın oyunu fransızlara tapşırıldı
  • 12:15

    Çinin nəqliyyat naziri COP29-a dəvət olunub
Menyu